Qarabağ
Azərbaycan Ordusu istənilən məsələdə öz gücünü göstərməyə hazırdır - Rəy
Aprel döyüşlərinin ölkəmiz üçün tarixi və siyasi əhəmiyyəti böyükdür. 44 günlük Vətən müharibəsindən əvvəl baş vermiş iki ən önəmli hadisələrdən birincisi Aprel döyüşləri, ikincisi isə Tovuz hadisələridir. Hər iki döyüş bizə göstərdi ki, ermənilər müəyyən təxribatçı cəhdlər etsə də, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməz.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib. O bildirib ki, Azərbaycan Ordusu istənilən məsələdə öz gücünü göstərməyə həmişə hazırdır:

“Aprel döyüşləri 1994-cü ilin may ayındakı Bişkek anlaşmasından sonra Ermənistan və Azərbaycan arasında baş vermiş irihəcmli əməliyyatdır. Çünki Bişkek anlaşmasında belə qərara gəlinmişdi ki, hər iki dövlət arasında sülh müqaviləsi bağlanır. Lakin 1994-cü ildən 2014-cü ilə qədər ermənilər tərəfindən sülh müqaviləsinə əməl olunmadı. Ermənistan dəfələrlə atəşkəsi pozaraq əsgərlərimizin şəhid olmasına səbəb oldu. Aprel döyüşlərinə qədər hadisələr bu qədər irimiqyaslı deyildi. Nəticə etibarı ilə Aprel döyüşləri demək olar ki, donmuş münaqişənin yenidən başlanmasına dair bir işarə idi. Döyüşlərdə şəhidlər verdik, əsgər və zabitlərimizi itirdik. Amma bu, torpaqlarımızın geri qaytarılması baxımından ən önəmli addım idi. Strateji baxımdan əhəmiyyətli olan Lələtəpə yüksəkliyi daxil olmaqla, bir neçə ərazini işğaldan azad etdik. Eyni zamanda bu, Qarabağ torpaqlarının qaytarılmasının da başlanğıcı hesab oluna bilər”.
Tarixçi qeyd edib ki, Aprel hadisələri sadəcə Ermənistan üzərində qazanılan ilk qələbə deyildi, həm də dünyaya Azərbaycan Ordusunun güclü və müasir olduğunu göstərən əməliyyatdır:
“Bütün dünyaya göstərdik ki, Ermənistan Azərbaycanla müharibə etmək imkanında deyil. Aydın oldu ki, Azərbaycanda olan hərbi silahlar Ermənistandan 10, bəlkə də 20 dəfə müasir və artıq gücə malikdir”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





