Qarabağ
Artıq dünya ayılmalıdır və erməninin... - RƏY

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərə dair "Amnesty International" təşkilatının məruzəsi hazırlanıb. Məruzədə qeyd olunur ki, müharibə vaxtı nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub.
Bəs bu məruzənin önəmi nədir? Erməniləri bu cür vəhşiliklərə görə hansı cəza gözləyir?
Millət vəkili Cavid Osmanov Publika.az-a açıqlamasında deyib ki, 44 gün davam edən Vətən Müharibəsi və ondan sonrakı dövr ərzində biz gördük ki, erməni silahlı terrorçuları tərəfindən misli görünməmiş vəhşiliklər nümayiş olunub:
“Beynəlxalq təşkilatların məruzələrində bu vəhşiliklərin öz əksini tapması dünyaya erməni vandallığının, vəhşiliyinin göstərilməsi baxımından çox önəmlidir. 30 il ərzində ermənilər xalqımıza qarşı soyqırımı törətməklə şəhərlərimizi, kəndlərimizi, oradakı infrastrukturumuzu, meşələrimizi, ekologiyamızı, torpaqlarımızı istismar ediblər. Daş daş üstündə qalmayıb. Tarixi-dini abidələrimiz tamamilə məhv olunub. O cümlədən, 44 günlük müharibə dövründə yayılan videogörüntülərdən də görürdük ki, ermənilər azərbaycanlı əsirlərə qarşı nəinki kobud rəftar, hətta bir vəhşilik, vandallıq nümayiş etdirirdilər. Onlara işgəncələr verilirdi. Eyni zamanda, azərbaycanlı hərbçilərin meyitləri də təhqir olunurdu. Əlbəttə, bu cür beynəlxalq təşkilatların məruzələrində ermənilərin müharibə cinayətlərinin, işgəncə faktlarının öz əksini tapması çox vacib məqamdır”.
Millət vəkili bildirib ki, bununla bütün dünya erməni vəhşiliyinin, vandallığının, ümumiyyətlə, erməniliyin nə olduğunu yaxşı görəcək:
“Bu baxımdan artıq dünya ictimaiyyəti ermənilərin hansı soyqırımıları, vandalizm aktlarını törətdiklərini gördükdən sonra bəzi ikili standartlarla çıxış edən beynəlxalq təşkilatlar, bəzi dövlətlərin parlament üzvlərinin, siyasilərin bu məsələdə ölkəmizə qarşı ikili standartlarla çıxışlarının qarşısı elə dünya ictimaiyyəti tərəfindən alınacaq. Həmin ikili standartlarla çıxış edənlər də bu kimi məsələlərdə özlərini riskə salmayacaqlar. Vəhşi, vandal, terrorçu erməniləri müdafiə etməkdən çəkinəcəklər. Bu baxımdan "Amnesty International" təşkilatının məruzəsi çox vacib bir məqamdır. Digər tərəfdən, cənab prezident də bir neçə dəfə dilə gətirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra bir neçə mərhələ keçməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlaya bilək”.
Deputatın fikrincə, bunun birincisi təhlükəsizlik məsələsidir:
“İkincisi isə ermənilərin Azərbaycana qarşı həm maddi, həm də mənəvi tərəfdən törətdiyi vandalizm aktlarının beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilməsidir. Eyni zamanda, gələcəkdə bununla bağlı hüquqi müstəvidə Ermənistandan təzminatın istənilməsidir. Əlbəttə ki, bu baxımdan həmin məruzələrdə bu cür məqamların öz əksini tapması çox vacib bir məsələdir. Bir daha deyirəm ki, artıq dünya ayılmalıdır. Dünya erməninin vəhşi, vandal, faşist, terrorçu olmasını artıq görməlidir”.
Tural Turan

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır