Qarabağ
"Amnesty International" təşkilatından tələb etmək lazımdır ki... - Partiya sədri
Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərə dair "Amnesty International" təşkilatının məruzəsi hazırlanıb.
Məruzədə qeyd olunur ki, müharibə vaxtı nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycanlı hərbçilərin meyitlərinin təhqir olunması müşahidə olunub.
Bəs bu məruzənin önəmi nədir? Erməniləri bu cür vəhşiliklərə görə hansı cəza gözləyir?
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, "Amnesty International" guya balansı bərpa etmək üçün eyni zamanda, birtərəfli mövqe ifadə edən təşkilat olmadığına görə, erməni cinayətlərinin kiçik bir qismi barəsində məlumat verib:
“Düşünürəm ki, bu təşkilatı daha geniş və ətraflı məlumatlarla təmin etmək lazımdır. Ermənilərin törətdiyi bütün vəhşiliklərlə bağlı bu qurum informasiya ilə təmin olunmalıdır. Eyni zamanda, tələb etmək lazımdır. Çox mühüm amil odur ki, biz erməni diversant qrupunun gəlib mülki əhalini - "Azercell"in nümayəndəsini qətlə yetirməsi barədə məlumat verməliyik. Ermənilərin bu cür cinayətləri də onların diqqətinə çatdırılmalıdır”.
ADİP sədrinin fikrincə, bundan başqa Azərbaycana qarşı "İsgəndər-M" raketlərindən istifadə etməyin özü də hərbi cinayətdir: “Amnesty International" təşkilatından tələb etmək lazımdır ki, o çox əhatəli bir hesabat versin. Erməni vəhşilikləri dünya ictimaiyyəti tərəfindən tanınmalıdır. Biz mütləq öz iradlarımızı bütün beynəlxalq qurumlara, eyni zamanda, insan hüquqları təşkilatlarına çatdırmalıyıq. Çünki onlar bir zamanlar işğal altında olmuş Azərbaycan torpaqlarında, eləcə də digər bölgələrimizdə ermənilər tərəfindən törədilmiş hərbi cinayətlər barədə ətraflı məlumatlar yaymırlar”.
Tural Turan
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

