Qarabağ
Prezidentin hər səfəri bizi yeniliklə sevindirir - Deputat
“Cənab Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanımın ölkəmizin gözəl, dilbər guşələrindən biri olan Cəbrayıl və Zəngilan rayonlarına səfərləri çox mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı tərəfindən Zəngilan rayonunun Ağalı kəndində illərlə gözlədiyimiz böyük qayıdış prosesinin başlandığı elan olundu. Bu, ölkəmiz, əhalimiz, xalqımız üçün çox önəmli məsələdir. Cəbrayıl rayonunun girişindəki “Xoş gəlmişsiniz” lövhəsi əvvəlki görkəminə qaytarılıb. Yenidən bərpa edilib. Artıq işğaldan azad edilən kəndlərin dirçəlişinə, yenidən qurulmasına start verilib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib. Millət vəkili bildirib ki, Cəbrayılın Ağalı kəndində ilk dəfə olaraq “ağıllı kənd” layihəsinə başlanılır:
“Bunun özü çox böyük, önəmli məsələdir. Bu, yenidənqurma və qayıdış proseslərinə start verilməsi anlamına gəlir. 30 il ərzində ermənilər vandallıq ediblər. Torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, işğal dövründə həmin dilbər guşələrimizi yerlə-yeksan ediblər. Evlərin, maddi-mədəniyyət abidələrinin daşlarını da daşıyıb aparıblar. Onların bu cür üzdəniraq addımları müasir dövrün vandallıqlarını özündə təcəssüm etdirir. Ölkə başçısı söylədi ki, işğaldan azad olunan hər bir bölgəmiz cənnətə döndəriləcək, abadlaşdırılacaq. Əhalimiz həmin bölgələrə - öz dədə-baba yurdlarına qayıdacaqlar. Orada yaşayacaqlar”.

Deputat qeyd edib ki, müzəffər Ali Baş Komandanımız işğaldan azad olunmuş bölgələrə hər səfərində yeni obyektlərin təməlini atır:
“Ölkə başçısının azad olunmuş ərazilərə hər səfəri bizi bir yeniliklə sevindirir. Bunun əyani göstəricisi kimi Zəngilan məscidinin yenidən bərpasını göstərmək olar. Həmin məscid Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa ediləcək. Heydər Əliyev Fondu hansı layihəni öz üzərinə götürürsə, həmin layihə çox uğurla və səviyyəli formada təhvil verilir. Biz illərlə bunun şahidi olmuşuq. Bu onu deməyə əsas verir ki, həmin məscid də bərpa ediləcək və əvvəlki formasına qayıdacaq.”
Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan dünyanın sürətlə inkişaf etməkdə olan ölkələrindən biridir:
“Onların bir çoxunu artıq geridə qoymuşuq. Bu inkişaf dayanıqlı və davamlıdır. Cənab Prezident hər fikrində bunu söyləyir ki, bu sürət və dinamika davamlı olacaq, dayanmayacaq. Biz irəli gedəcək, inkişaf edəcəyik. İşğaldan azad edilən bölgələrimizi cənnətə çevirəcəyik”.
Millət vəkili söyləyib ki, Zəngilan rayonunun Ağalı kəndində Türkiyə, İtaliya və bizə dost olan dövlətlərin yenidənqurma işlərində iştirakı, oradakı fəaliyyətləri bir daha onu deməyə əsas verir ki, artıq bizim dostlarımız da bəllidir:
“Bu şirkətlər həmin bölgələrin yenidən qurulmasında iştirak edəcək. Bu da onu göstərir ki, Azərbaycan bütün sahələrdə, xarici siyasətdə çox böyük işlər görüb ki, artıq bizə dost ölkələr yenidənqurma işlərində bizimlə birgə işləməyə qərar verirlər”.
Tural Turan
-
Nida Xəbər 17:45İlham Əliyev məmurlara bu tapşırığı verdi
-
Nida Xəbər 17:30"Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır"
-
MDB16:52Zelenskinin əsas rəqibləri bəlli oldu: Ukraynanın növbəti prezidenti kim olacaq?
-
Magazin115:53Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb
-
MDB15:12Sensasion iddia: Kiyev Moskvaya nümayəndə heyəti göndərir
-
İdman14:32Nərimanın meneceri sirləri açdı: MLS-i hansı liqalardan üstün tutub? - EKSKLÜZİV
-
Region12:48Mənə ölkəni tərk etmək üçün təyyarə verdilər: Saakaşvili məhkəmədə elə şeylər dedi ki...
-
İdman11:47Ulduz futbolçunun cazibədar həyat yoldaşı: Həmin səfərdən ona görə narazı qalmışdı - FOTOLAR























.jpg)















