Qarabağ
Bu, inanclı insanların xüsusi sevincinə səbəb olub - Seyid Camal Əzimbəyli
Azərbaycan Respublikasının dövlət başçısı milli-mənəvi, dini dəyərlərimizin, tarixi-mədəni irsimizin birbaşa təəssübkeşidir. İşğal dövründə erməni qəsbkarlarının vandalizmi nəticəsində terrora məruz qalmış tarixi abidələrimizin yenidən bərpa olunması təbii ki, qürurvericidir. Azərbaycan Prezidenti Zəngilanda Cümə məscidinin yenidən inşa olunmasına, eləcə də Şuşada Gövhər Ağa və Ağdamda Cümə məscidinin bərpası olunmasına dair artıq öz göstərişlərini verib. Bu, Azərbaycanda inanclı insanların xüsusi sevincinə səbəb olub. Lakin təkcə İslama məxsus olan abidələr deyil, Heydər Əliyev Fondu illərdir ki, mədəni-tarixi irsimizin mühafizə olunması yolunda irimiqyaslı layihələr həyata keçirir.
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. O bildirib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə məscid inşası və yenidənqurma işlərinin həyata keçirilməsi mənəvi dəyərlərimizin birbaşa dövlət tərəfindən qorunmasında ən böyük xidmətdir:
“Şuşada Gövhər Ağa məscidinin və digər tarixi abidələrin inşası ilə bərabər, Heydər Əliyev Fondu tərəfindən kilsənin də yenidən təmir olunması Azərbaycan dövlətinin insanlığa, digər dini dəyərlərə ehtiram və hörmətinin təzahürüdür. Heydər Əliyev Fondunun həyata keçirdiyi bu xeyirxah missiya dünyada özünü açıq şəkildə erməni təəssübkeşi kimi qələmə verən güc mərkəzlərinə tutarlı cavabdır. Azərbaycan tolerantlığı bəlkə də dünya ölkələri arasında birinci yerdədir. Çox sayda Avropa ölkələrini ziyarət etmişəm, inanın ki, Azərbaycandakı tolerantlıq, dinlər və millətlərarası münasibətlərin dövlət səviyyəsində qorunması digər ölkələrdə bizdəki qədər deyil.
Milli-mədəni və tarixi abidələrimizin, müqəddəs ziyarətgahlarımızın mühafizə və inşa olunmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var, bu, dünyanın heç bir yerində olmayacaq qədər uğurlu missiyadır. Bu da təbii ki, fondun rəhbəri hörmətli Mehriban xanımın özünün də qəlbindəki mərhəmət və şəfqət hisslərindən, həm də soyundan gələn bir ənənədir. Biz bununla iftixar duyuruq və düşünürəm ki, digər dinlərə aid tarixi yerlərin yenidən inşa olunması, Bakıdakı kilsənin isə mühafizə olunaraq qorunması və təmir edilməsi də birbaşa Azərbaycan dövlətinin digər dinlərə göstərdiyi qayğının nümunəsidir”.
Aytən Məftun
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi







.png)
































