Qarabağ
Laçınlılar o günü səbirsizliklə gözləyirlər – Deputat
“Laçın 1992-ci ilin 18 mayında erməni silahlı birləşmələrinin işğalına məruz qalmışdı. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qalması o dövrdə ölkədəki ictimai-siyasi vəziyyətdən də asılı idi. Çünki siyasi hakimiyyətə gəlmək üçün AXC-Müsavat cütlüyü ölkəmizə, xalqımıza, dövlətçiliyimizə qarşı xəyanət siyasəti yürüdürdü. Öz məkrli niyyətlərinə çatmaq, siyasi hakimiyyətə gəlmək üçün ard-arda xəyanətlər edirdilər. İlk növbədə, 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Həmin vaxt AXC-Müsavat cütlüyünün tör-töküntülərindən olan Rəhim Qazıyev müdafiə naziri idi. O qeyd etmişdi ki, Şuşa işğal olunarsa, başına güllə çaxacaq. Əlbəttə, bunların hamısı bir xəyanət idi. Bundan bir həftə, 10 gün keçməmiş Laçın düşmən işğalına məruz qaldı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat bildirib ki, Ermənistan bu xəyanətdən faydalanaraq ard-arda torpaqlarımızı işğala məruz qoyurdu:
“Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında düşünülmüş və düzgün qurulmuş strategiya nəticəsində rəşadətli ordumuz cəmi 44 gün ərzində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Düşməni Azərbaycan torpaqlarından qovdu, ona sarsıdıcı zərbə vurdu. Eyni zamanda, Laçın rayonu da işğaldan azad olundu. 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqına Şuşanın azad olunması müjdəsini verdi. Xalqımızı bu münasibətlə təbrik etdi. Onun ertəsi gün 70-ə yaxın yaşayış məntəqəsi, strateji yüksəkliklər düşmən tapdağından azad olundu. Beləliklə, noyabrın 10-da düşmən diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı”.
Millət vəkilinin sözlərinə görə, bununla da Laçın rayonu üçtərəfli bəyanata uyğun olaraq Ağdam və Kəlbəcər kimi, bir güllə atılmadan Azərbaycana qaytarıldı:
“Laçın rayonu bizim digər işğal altında qalmış bölgələrimiz kimi, 30 il ərzində darmadağın edilib. İnfrastrukturu dağıdılıb. Sosial obyektlər, tarixi abidələr, mənzillər, evlər məhvə məruz qalıb. Daş daş üstə qalmayıb. Laçındakı tarixi, mədəni, dini abidələr də tamamilə məhv edilib. Əlbəttə, bu, erməni vəhşiliyinin nümunəsidir. Dünya faşizminin ən öndə gedəni məhz erməni faşizmidir. Müharibədən, Ermənistanın kapitulyasiya aktına imza atmasından dərhal sonra ölkəmizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən ərazilərimizə dəfələrlə baş çəkdi. Onlar Laçın rayonunda da olublar. Müharibənin bitməsindən iki ay keçməmiş cənab Prezidentimiz Laçında Su Elektrik Stansiyasının açılışında iştirak etdi. Eyni zamanda, Laçın da digər ərazilərimiz kimi tamamilə yenidən qurulacaq. Eləcə də Laçında yeni beynəlxalq hava limanının tikintisi nəzərdə tutulub ki, bu barədə ölkə başçısı Azərbaycan xalqına məlumat verib”.
Cavid Osmanov qeyd edib ki, Qarabağda yenidənqurma işləri sürətlə gedir:
“Azərbaycan öz gücü ilə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə kimi, indi də öz gücü ilə işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması və bərpası işlərinə start verib, bu işlər çox sürətlə həyata keçirilir. Əlbəttə, bizim digər sakinlərimiz kimi, laçınlılar da 30 illik həsrətdən, bərpa-quruculuq işlərindən sonra öz doğma, ata-baba yurdlarına qayıtmalarını səbirsizliklə gözləyirlər. Orada aparılan yenidənqurma işləri bütün Azərbaycan xalqının və bizə dost olan bütün dövlətlərin ürəyincədir. Yaxın zamanlarda işğaldan azad edilən ərazilərimiz bərpa olunacaq. Sakinlərimiz Laçında və işğaldan azad edilən digər ərazilərdə ləyaqətlə yaşayıb-yaradacaqlar.
Bu gün Azərbaycan Prezidentinin güclü siyasi iradəsi, qurduğu güclü və qüdrətli Azərbaycan var”.
Tural Turan
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var