Qarabağ
Bu, ərzaq təhlükəsizliyinin təminatına stimul olacaq - Deputat
“Ölkələrin iqtisadiyyatlarının gələcəkdə uğurlu olması o ölkələrdə innovasiyaların hansı səviyyədə tətbiq olunmasından asılı olacaq. Çünki iqtisadiyyatların müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün mövcud potensial - torpaq, su resursları, xammal bazası məhdud çərçivədə olduğundan, hansı ölkə bu mövcud potensialdan daha səmərəli istifadə edərsə, o ölkə iqtisadi böhranlardan uzaqda olacaq. Məsələn, bir zamanlar kənd təsərrüfatı məhsullarının əkilməsi və çox məhsulun istehsal edilməsi üçün əkilən sahələrin əhatə dairəsini genişləndirirdilərsə, son illər əkinə yararlı ehtiyat torpaqları tükəndiyindən daha çox müasir innovasiyalar tətbiq etməklə intensiv üsullarla becərilmə aktuallaşıb”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, intensiv üsullarla becərmə daha az torpaq sahəsində daha yüksək məhsuldarlığın əldə olunmasına imkan verir:
“Digər tərəfdən, yaşayış məntəqələrinin maksimum rəqəmsallaşdırılması insanların həyat şəraitini daha da müasirləşdirir, rahatlaşdırır. Təbii ki, bu, həm də yeni mədəni həyatın formalaşdırılması deməkdir. Cənab Prezidentin uzaqgörən siyasəti ölkəmizə zamanı qabaqlamağa imkan verir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında nəzərdə tutulmuş “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl” enerji layihələrini də zamanı qabaqlamağımız kimi başa düşmək olar. Çünki cəmiyyətin gələcəyi yüksək texnologiyaların üzərində formalaşacaq”.
Deputatın fikrincə, hansı ölkələr bu texnologiyalara daha tez yiyələnərsə, daha öndə olacaq:
“İşğaldan azad olunmuş ərazilərimizdə icra olunan layihələrin kompleks şəkildə icrasına görə bəlkə dünyada ilklərdən olacağıq. Çünki “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin ayrı-ayrı komponentlərinin icra olunduğu ölkələr var. Amma bütöv şəkildə “ağıllı” yaşayış konsepsiyasını formalaşdırmış ölkələr bəlkə də yoxdur. Biz müasir innovasiyalara əsaslanmış bu “ağıllı” konsepsiyaları Qarabağ torpaqlarında sınaqdan keçirəcəyik. Uğurlu olacağı təqdirdə, bütün ölkəyə inteqrasiya olunacaq. Dünyanı bu gün ən çox narahat edən məsələ ərzaq təhlükəsizliyinin təminatıdır. BMT-nin hesabatına görə, dünyada aclıq çəkən yoxsul ölkələrin sayı hər il artmaqdadır. Həm də dünya əhalisinin sayı artır. O cümlədən ölkəmizdə də demoqrafik artım yüksəlişdədir. Ona görə də istehsalatda müasir texnologiyaların tətbiqinə başlamağımız ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı baxımından vaxtında atılmış addım olar”.
Tural Turan
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər











.jpg)
















.jpg)









