Qarabağ
Bu layihələr modern sistemlərlə səsləşir – Vahid Əhmədov
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çox önəmli layihələrdir. Azad edilən ərazilərdə işğal dövründə hər şey dağıdılıb. İndi onlar yenidən çəkilir. Yenidən çəkiləndə də son illərin layihələrindən istifadə edilir. Hər rayonun spesifik xüsusiyyətlərinə görə kommunikasiya xətləri və digər işlər aparılır.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, bu kimi layihələr zəhmət tələb edir:
“ “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri gələcəkdə bu ərazilərin inkişafına böyük töhfələr verəcək. Bu layihələr müasir memarlıq ənənələri, modern informasiya texnologiyaları, kommunikasiya sistemləri ilə səsləşir. Artıq işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Fikrimcə, Qarabağ ərazisində bu cür layihələrin həyata keçirilməsi kifayət qədər böyük vəsaitlər tələb edir. Həmin vəsaitlər də dövlət büdcəsindən ayrılır. Dövlət xərc çəkir və bu məsələni xüsusi nəzarətdə saxlayır. Samir Nuriyev bu işə rəhbərlik edir. Yəni, işlər gedir. Digər tərəfdən, həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün kazarmalar tikilməlidir. Bu sahədə də böyük uğurlar var, işlər aparılır”.
Vahid Əhmədov işğaldan azad olunmuş ərazilərimizin inkişaf perspektivlərindən də danışıb:
“Təsəvvür edin ki, işğaldan azad olunmuş ərazilərdə bir milyon hektara yaxın əkilməmiş sahələr var. Söhbət əkin sahələrindən gedir. Biz həmin sahələri əkib başa çatdırsaq, Azərbaycanın dövlət büdcəsinə kifayət qədər vəsait gələcək. Ölkəmiz özünü ərzaq, taxıl və digər məhsullarla təmin edəcək. Digər tərəfdən, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və başqa yerlər həmişə turizm məkanı kimi tanınıb. Kəlbəcərin İstisuyu, Laçının bulaqları, Qubadlı və Zəngilanın çayları... Bu rayonlar turizm üçün çox münbitdir və xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu rayonların işğaldan azad olunması Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. İndi layihələr işlənilib hazırlanır. Orada sənaye parkları tikiləcək. Sənaye kompleksləri tikilib istifadəyə veriləcək. Ola bilər ki, hərbi sənaye komplekslərinin bir hissəsi orada – Ağdamda tikilsin. Çünki sovet vaxtında bunlar da var idi. Yəni, bu ərazilər turizm üçün açıq və əlverişlidir”.
Tural Turan
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


