Qarabağ
Dünya biləcək ki, Qarabağın əsl sahibi kimdir - Deputat
"Azərbaycanın "Böyük qayıdış" layihəsini həyata keçirərək qarşısına qoyduğu əsas məqsəd dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağın təbiətini qorumaqdır. İlk növbədə dövlətin əsas məqsədi budur. Bu sistem istənilən halda kəndləri və şəhərləri qoruyan ən müasir texnologiyalarla həyata keçirilməlidir. Alternativ enerji mənbələri istifadə olunmalıdır. Külək, günəş enerjisindən və termal sualardan istifadə məsələləri də buraya daxildir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə dünyanın ən yüksək texnologiyaları istifadə olunmalıdır ki, biz Qarabağın təbiətini qoruya bilək:
"Şəhərlərimizin inkişafına nail olaq. Qarabağda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa yerləşir. Fikrimcə, Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mədəniyyət paytaxtına çevriləcək. Xatırlatmaq istəyirəm ki, məhz Şuşada türk-islam dünyasının ilk simfoniyası, operası yaradılıb. Azərbaycanın dünya mədəniyyəti ilə sintezini yaradan böyük bir mərkəz bizim dəyərlərimizi dünya ilə bölüşəcək. "Ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin tətbiqi ilə yanaşı, Azərbaycanın əsas məqsədi Qarabağın təbiətini qorumaqdır. Azərbaycan öz qarşısında məqsəd götürüb ki, Qarabağın təbiətini qoruyacaq, insanlar orada iş yerləri ilə təmin olunacaq, ən müasir tələblərə cavab verən texnologiyalar tətbiq ediləcək. Mən əminəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı buna qadirdir. Öz dəyərlərini dünya ilə bölüşmək və müasir turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərimizdə ən müasir şərait yaradılacaq. Əminəm ki, Qarabağ dünyada yenidən bərpa olunmuş müasir guşəyə çevriləcək. Bütün dünya görməlidir ki, Qarabağın əsl sahibi kimdir. Qarabağın sahibi olan xalq onu öz mədəniyyətinə və dəyərlərinə uyğun ən gözəl səviyyədə quracaq".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
