Qarabağ
Bu layihələr ölkəmizin qüdrətini göstərir - Cavid Osmanov
"44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalmış torpaqlarımızı düşmən tapdağından azad etdi. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düzgün qurduğu strategiya nəticəsində 30 illik işğala 44 gün ərzində son qoyuldu. Vətən müharibəsi qələbə ilə başa çatdıqdan dərhal sonra ölkə başçısının tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verildi. İlk növbədə Prezident tərəfindən mühüm və strateji layihələrin işlənilməsinə başlanıldı".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 6 ay müddətində bir neçə dəfə həmin ərazilərə baş çəkib:
"Həmin ərazilərdə bir sıra infrastruktur layihələrinin təməli qoyulub. Artıq həmin layihələrin icrasına da başlanılıb. Bununla yanaşı, ölkəmizdə ilk dəfə olaraq "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin icrasına da cənab Prezidentimiz tərəfindən start verildi. Zəngilanın Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində pilot layihə kimi bu layihənin təqdimatı keçirildi. İlk "ağıllı kənd" layihəsinin təməli qoyuldu. Eyni zamanda, işğaldan azad olunan kəndlərimiz özünün təbii gözəlliyi ilə də fərqlənir. Bu təbii gözəlliklər turizmin inkişafı baxımından da xeyli önəmlidir".
Deputat əlavə edib ki, Qarabağda olan dağ-mədən ehtiyatları, münbit torpaq sahələri, meşə fondları və münbit relyef ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək:
"Beləliklə, bu ərazilərdə turizmin inkişafını həyata keçirmək mümkün olacaq. "Ağıllı kənd" layihələri ilə insanların innovativ xidmətlərə əlçatanlığı təmin ediləcək. Cənab Prezidentimiz tərəfindən bu ərazilər "yaşıl zona" adlandırılıb. Günəş, külək enerjisindən istifadə, onların istehsalı ölkənin enerji sisteminə mühüm töhfələr verəcək. Əlbəttə, "ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin bir sıra özəllikləri var. Bu layihələr ölkəmizin gücünü və qüdrətini göstərir. Eləcə də ölkəmizdə müasir texnologiyaların geniş tətbiq olunmasından xəbər verir. Bu layihələrin tətbiqi insanların işğaldan azad edilmiş ərazilərə qayıtması və buraya turistlər gələrkən onların rahatlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
Tural Turan
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır




































.jpg)


