Qarabağ
Milli Məclisdə Şuşa ilə bağlı MÜHÜM TƏKLİFLƏR
Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Publika.az-ın xəbərinə görə, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Milli Məclisin mayın 25-də keçirilən iclasında layihə birinci oxunuşda müzakirə edilib.
Deputatın sözlərinə görə, millət vəkillərinin mütləq əksəriyyəti qanun layihəsini dəstəkləyib: “Birinci oxunuş müzakirələri zamanı həmkarlarım Azay Quliyev, Erkin Qədirli, Siyavuş Novruzov, Fazil Mustafa və digərləri bir sıra təkliflərlə çıxış ediblər. Biz bu təklifləri qanunvericilik subyektilə işçi qaydada müzakirə etmişik. Bəzi təkliflər qəbul edilib”.
Mədəniyyət komitəsinin sədri deyib ki, ötən gün parlamentin dörd komitəsi qanun layihəsini müzakirə edib və onun ikinci oxunuşda plenar iclasın gündəliyinə çıxarılmasını tövsiyə ediblər.
“Həmkarlarımı layihəni dəstəkləməyə dəvət edirəm. Bununla siz mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin qorunması və inkişafına dəstək vermiş olacaqsınız”, - Q.Paşayeva bildirib.
Deputat Tahir Rzayev isə təklif edib ki, Şuşaya qəhrəman şəhər adı verilsin, Azərbaycan əsgərinin şərəfinə abidə ucaldılsın.
Deputat Vahid Əhmədov deyib ki, belə bir qanunun qəbulu təkcə Şuşa deyil, bütövlükdə Qarabağ üçün tarixi baxımdan əhəmiyyətli hadisədir: “Şuşa rayon olub. 1752-ci ildə onun ərazisi 5,5 min kvadratkilometr olub. Şuşa şəhəri yaranandan onun bir qəsəbəsi, bir şəhəri və 37 kəndi olub. Bu kəndlər siyasi əhəmiyyətli kəndlərdir. İndi bu kəndlərdə sülhməramlılar fəaliyyət göstərir, ermənilər yaşayır. Şuşada 96 faiz azərbaycanlı, 4 faiz erməni yaşayıb. Bu kəndlərin işğalda olması gələcəkdə təhlükəsizlik problemi yarada bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Mən təklif edirəm ki, Şuşa şəhərinin idarə edilməsi mexanizmi də qanun layihəsində əksini tapsın”.
V.Əhmədov eyni zamanda təklif edib ki, Şuşa şəhərində görülən işlər vergidən azad edilsin: “Şuşada böyük bərpa işləri aparılacaq. Bu, bir illə yekunlaşmaz. Təklif edirəm ki, Şuşa şəhərində aparılan işlər 3 il müddətində vergidən azad edilsin. Bu maliyyə Şuşada qalsın və şəhərə sərf edilsin”.
Deputat Aydın Mirzəzadə isə Şuşada konservatoriya yaradılması təklifini irəli sürüb.
Hazırda müzakirələr davam edir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


