Qarabağ
Daha 2500 arı ailəsi Kəlbəcər yaylaqlarına köçürülür - FOTO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyi pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini həyata keçirib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 2 500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib. Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.
Minatəmizləmə Agentliyi (ANAMA) Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirib. Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.
Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşuralar verilib.
Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

