Qarabağ
Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerdə - FOTO
Keçmiş girov Şahbaz Quliyev doğma yurdu Kəlbəcəri ziyarət edib.
Publika.az xəbər verir ki, bu barədə Modern.az-a o özü məlumat verib.
Bu yaxınlarda Kəlbəcər rayonuna gedən Ş.Quliyev illər öncə ermənilər tərəfindən girov götürüldüyü yerə də baş çəkdiyini bildirib.
“Bir neçə gün əvvəl Kəlbəcərə getmişdim. Saxlanıldığım yerə baş çəkdim, azad olunmuş torpaqlarımıza ayaq basdım, oraları ziyarət etdim”, - Ş.Quliyev vurğulayıb.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


