Qarabağ
Prezidentin Şuşaya səfəri onu göstərir ki... - RƏY
"Şuşa hər gün azərbaycanlılaşır. Şəhərin 1992-ci ilə qədər hansı tarixi, dini, memarlıq abidələri var idisə, 2020-ci ilin noyabrından sonra yenidən həyata qədəm qoyurlar. Şuşa yenidən bəzənir və bu qədim şəhərimizin şərəfli tarixi dünyaya bəyan edilir. Əgər biz Şuşanı azad etməsəydik, orada dağıdılan abidələrin sonrakı taleyinin necə olacağı məlumdur. Yəni Şuşa talesiz və tarixsiz qalacaqdı. Bu gün vaxtilə Ümummilli liderimizin göstərişi ilə yaradılan Vaqifin büstü və məqbərəsi, həmin monumental abidə, Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri, Şuşada "Xarıbülbül" festivalının və Vaqif Poeziya Günlərinin yenidən bərpa olunması onu göstərir ki, bizim bu müharibəmiz ədalətli idi. Biz bunu dünyaya bəyan edirik. Ona görə ədalətli idi ki, Şuşada hansı abidəyə əlimizi uzadırıqsa, orada azərbaycanlı əli, azərbaycanlı ruhu və nəfəsi var. Mədəniyyət abidələrinin bərpasının özü də bir siyasətdir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, vaxtilə Ermənistan öz havadarlarının köməyilə Azərbaycan torpaqlarının bir hissəsini işğal etmişdi:

"Ermənilər burada 30 ilə yaxın "hökmranlıq" etsələr də, heç nə qurub-yaratmayıblar. Nə vardısa məhv edildi. Bu gün biz həmin məhv edilməkdə olan tarixi abidələrin bərpası üçün çalışırıq. Yandırılmış abidələri yenidən bərpa edirik. Oğurlanmış abidələrin bərpası ilə məşğuluq. Şuşanın işğalı ərəfəsində oradan nələri çıxara bilmişiksə, onları yenidən Şuşaya qaytarırıq. Bu mənada Azərbaycan Prezidentinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl siyasətinin nəticəsidir ki, Şuşada yenidənqurma işləri uğurla aparılır. Haqq işimizi dəstəkləyənlər başa düşürlər ki, Azərbaycan haqq işi üçün müharibə apardı. Bunun üçün övladları şəhid oldu, əsgər və zabitlərimiz ən ali məqama qovuşdular. Artıq qalib Azərbaycan var. İndi hamı başa düşür ki, biz işimizi yarımçıq qoymayacağıq. Azərbaycanın dövlət başçısı Qarabağı hamının həsrətlə baxacağı bir diyara, cənnət məkana çevirəcək. Biz sevinirik ki, Qarabağı cənnətə döndərdik. Bizi sevənlər də sevinir ki, Azərbaycanın haqq işini müdafiə ediblər".
Deputatın sözlərinə görə, bizi istəməyənlər bütün bunları görüb xar olacaqlar:
"Dövlət başçısının dediyi kimi, hər şey planla gedir. Prezident İlham Əliyev Qarabağdakı yenidənqurma işlərinə birbaşa nəzarət edir. Başqalarının Qarabağla bağlı etdikləri də gözümüzdən yayınmır. Gorus-Qafan yolunun bağlanması da o deməkdir ki, Azərbaycan istənilən vaxt öz maraqlarının əleyhinə olan qüvvələri yerindəcə saxlaya bilir. Eyni zamanda bunu hamıya bəyan edir. Bu gün Azərbaycanın ən böyük qayğısı sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Bakı istəyir ki, Cənubi Qafqaz ölkələri arasındakı münasibətlər ən yüksək səviyyəyə çatsın. Kimsə bədxahlıq göstərəcəksə, dəmir yumruğumuz hələ də göydədir. Həmişə göydə olacaq ki, bədxah qüvvələr olarsa, cavabını yenidən alsın.
Azərbaycan Prezidentinin, mədəniyyət xadimlərimizin Şuşaya səfəri onu göstərir ki, Şuşa hər gün gözəlləşir. Şuşanın əvvəlki tarixinin özünə qaytarılması üçün burada gecə-gündüz iş gedir. Xalq dövlətin və ölkə başçısının bu siyasətini bəyənir, alqışlayır. Bu siyasətin uğurla başa çatması üçün Azərbaycan xalqı, Azərbaycan iqtidarı bir yerdədir. Bir azdan Şuşa ilə yanaşı, bütün Qarabağ və Zəngəzur dünyanın diqqət mərkəzində olacaq. Bütün bunlar onu göstərir ki, dövlətimizin və xalqımızın yolu ədalətli yoldur və biz öz ədalətli yolumuzla uğurla irəliləyirik".
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi





















.png)
.jpg)














