Qarabağ
Xocavənddə TƏXRİBAT: Azərbaycan hərbçiləri HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Video əlavə olunub.
xxx
Qarabağdakı rus sülhməramlı kontingentinin nümayəndələri Ermənistandan gələn 100-ə yaxın zəvvarın Amaras monastırına səfərini təmin edib.
Publika.az xəbər verir ki, Xocavənddə yerləşən monastrı Qarabağın digər ərazilərində yaşayan ermənilər, eləcə də Ermənistan və digər ölkələrdən olan zəvvarlar ziyarət ediblər.
Sülhməramlılar ziyarətçilər ora gələrkən, Amaras monastır kompleksini ziyarət edərkən və kilsə ibadətləri zamanı erməniləri müşayiət ediblər.
“Rus sülhməramlıları Amaras monastır kompleksinə gələn zəvvarların təhlükəsizliyini təmin edirlər. Bu ziyarətgah bizim nəzarət etdiyimiz ərazidə yerləşir, ona görə də sülhməramlıların iştirakı zəruridir ” - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolev bildirib.

Bununla yanaşı, Ermənistanın “Hraparak” nəşri rus generalın məbədin üzərinə erməni bayrağının asılmağını əmr etdiyini yazıb: “Dünən “Artsax”ın Martuni bölgəsinin Maçkalaşen icması ərazisindəki Azərbaycan hərbçiləri irəliləyərək neytral zonada mövqe tutublar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn rus sülhməramlıları azərbaycanlılarla aparılan danışıqlardan sonra onları əvvəlki vəziyyətlərinə qaytarmağı bacarıblar. Ancaq Azərbaycan hərbçiləri şərt qoyublar: Amaras məbədində “Artsax” bayrağı endirilməlidir”.
Söhbət Azərbaycan Respublikasının Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı Amaras məbədindən gedir. 10 noyabr üçtərəfli razılaşmasından bəri Cütçü kəndi kimi Amaras məbədi də müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı hərbi birləşməsinin nəzarətinə verilib. Lakin o gündən bəri Azərbaycan tərəfi bir neçə dəfə sözügedən monastır üzərindəki əski parçasını endirməyə nail olsa da, separatçılar onu yenidən asıblar.
Cütçü kəndinin qanunsuz “icma rəhbəri” Lernik Avanesyan dünən Azərbaycan Ordusu tərəfindən əski parçasının endirilməsi tələbinin irəli sürüldüyünü təsdiqləyib. O, eyni zamanda hadisə yerinə gəlmiş adı çəkilməyən rus generalının da erməni hərbçilərə üzdəniraq “bayrağı” endirməyi və yerinə Ermənistan bayrağını asmağı əmr etdiyini eşitdiyini söyləyib... “Hələ oraya getməmişəm, bilmirəm, Azərbaycan hərbçiləri öz yerlərinə çəkiliblər, yoxsa yox. Amma rus generalın belə şeylər dediyini eşitdim” - deyə L.Avanesyan bildirib.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
