Qarabağ
Ağdamın Cümə məscidində şəhidlərimiz anıldı - FOTO
Bu gün Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar olaraq, Ağdamın Cümə məscidində Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Şəhidlərimizin anım mərasimi baş tutub.
Publika.az xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsindən olan nümayəndə heyəti, Bərdə və Ağdam məscidlərinin axundları ərazi bütövlüyümüz uğrunda həyatını qurban vermiş Vətən müharibəsi Şəhidlərimizin ruhuna namaz qılıb, həmçinin dualar oxunub və Quran tilavət edilib.
Daha sonra mərasimdə iştirak edən hərbçilər, qazilər, polis əməkdaşları, media nümayəndələri və digər şəxslərlə birgə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti izlənilib.
Sonda isə Qarabağ müharibəsi zamanı Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı qazilərimizə şəfa versin!
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR









.jpg)


.jpg)



.jpg)
























