Qarabağ
Xalq artisti 28 il sonra ata və bacısının məzarını ziyarət etdi - FOTOLAR
Xalq artisti Nəzakət Teymurova 28 il sonra işğaldan azan olunan Ağdamda ailə üzvlərinin məzarını ziyarət edib.
Publika.az xəbər verir ki, sosial şəbəkədə fotolar paylaşan sənətçi hisslərini belə dilə gətirib:
"28 il öncəyə, Ağdamıma qayıtdım. Ailəmizin bütün fərdləri, bacılarım tibb bacısı kimi, qardaşlarım istisnasız cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza iş gəlsə, ailəmizdən bir insan heç olmasa sağ qalsın. Sonradan başladı ağrılı-acılı məcburi köçkünlük həyatı. Bu illər ərzimdə içimdə o qədər böyük bir ağrını yaşatdım ki… Səhnədə hər ifamda Ağdamımdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim dururdu gözlərimin önündə… Mənim bu 28 ildə içim heç gülmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaş tökür, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi… Sözlərlə ifadə edə bilmirəm. Allah bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət etsin, yaşasın Ali Baş Komandanımız, Azərbaycanın yenilməz ordusu! Artıq oxuduğum hər muğamda, əsərdə nisgili yox edəcəm. Mən sözün əsl mənasında xoşbəxtəm".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)