Savaşın 22-ci günü: Düşmən darmadağın edildi, bayrağımız Xudafərində qaldırıldı
Bizi izləyin

Qarabağ

Savaşın 22-ci günü: Düşmən darmadağın edildi, bayrağımız Xudafərində qaldırıldı

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

18 oktyabr 2020-ci il. Müharibənin 22-ci günü...

Saat - 07:38 - Ermənistan ordusu atəşkəs razılaşmasını yenidən pozdu

2020-ci ilin oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozdu. Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu.

Saat - 08:40 - Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı

Saat - 09:25 - Ermənilər Ağdamı top atəşinə tutdu, xəsarət alan oldu

Saat - 10:42 - Daha 2 rayonumuza hücum edildi

2020-ci il oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonunu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutdu.

Saat - 12:12 - Ordumuz düşmənin hərbi hissəsini ələ keçirdi

Ötən ilin bu günü Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirildi. Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri ataraq qaçmaq məcburiyyətində qaldı.

Saat - 12:55 - Düşmənin itkisi artdı

Erməni tərəfinin rəsmi məlumatına görə, ötən ilin bu günü sutka ərzində Azərbaycan ordusu daha 40 erməni işğalçısını məhv etdi. Beləliklə, düşmənin itkisi rəsmi məlumata görə, 673-ə çatdı.

Saat - 13:16 - "Martuni" alayının komandiri Qegam Qabrielyan MƏHV EDİLDİ

Saat - 13:37 - Düşmənin daha bir qırıcısı MƏHV EDİLDİ

Saat - 14:05 - Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirdi

Saat - 14:41 - Ermənistanın polkovnik-leytenantı Vyaçeslav Vaskovski MƏHV EDİLDİ

Saat - 14:45- Ermənistana məxsus daha bir PUA məhv edildi

Saat - 15:00 - Ermənilər Tərtəri atəşə tutdu, orta məktəb dağıldı

Saat - 16:14 - Ermənistan Xızıya RAKET ATDI

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atıldı. Lakin, raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirildi və onun qalıqları əkin sahəsinə düşdü.

Saat - 16:45 - Bayrağımız Xudafərində dalğalandırıldı

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" Ötən ilin bu günü bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvitter səhifəsində qeyd etdi.

Saat - 18:12 - Hikmət Hacıyev Gəncə terroru ilə bağlı “Al Jazeera” kanalına müsahibə verdi

Saat - 19:24 - Füzuli şəhərinin mərkəzinə bayrağımız sancıldı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm