Qarabağ
Savaşın 23-cü günü: Düşmən darmadağın edildi, Cəbrayılın 13 kəndi...
Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:
19 oktyabr 2020-ci il. Müharibənin 23-cü günü...
Saat - 08:00 - Düşmən darmadağın edildi, xeyli sayda canlı qüvvəsi MƏHV EDİLDİ
2020-ci il oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam etdi. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutuldu. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edildi.
Bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkildi. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edildi, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralandılar. 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edildi, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçdı. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var idi. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edildi.
İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları quruldu. Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum oldu.
Saat - 08:11 - Cəbrayılın 13 kəndi işğaldan azad edildi
Saat - 08:30 - Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutdu
2020-ci ilin bu günü Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər, Ağcabədi və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutdu.
Saat - 08:33 - Ali Baş Komandan Elçin Quliyevi TƏBRİK ETDİ
Ötən ilin bu günü Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik etdi və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırdı.
Saat - 09:07 - 5 bölgəyə 229 mərmi atıldı
2020-ci il 18 oktyabr - humanitar atəşkəsin birinci günü, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirdiyini bildirdi. H.Hacıyev qeyd etdi ki, 5 bölgəyə 229 mərmi atılıb: “Tərtərə 160, Ağdama 63, Goranboya 6...;
- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
- 1 dron hücum”.
Saat - 09:45 - Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı
Saat - 10:00 - Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı “Al Arabiya”ya müsahibə verdi
Saat - 12:44 - Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutdu
2020-ci il oktyabrın 19-u saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutdu.
Saat - 14:08 - Ermənistan cəbhəyə qadın manikenləri göndərməyə başladı
Ötən ilin bu günü təcavüzkar ölkə Ermənistan cəbhədə canlı qüvvə itkisini kompensiya etmək üçün həm də könüllü olaraq qadınları döyüşlərə cəlb etdi.
Saat - 14:17 - Ermənilər yenidən neft kəmərlərini hədəf aldı
Saat - 16:50 - Ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı jurnalist Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəldi. Hadisə nəticəsində A.Şuşalı ayağından iki qəlpə yarası aldı.
Saat - 16:57 - Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutdu
Saat - 17:04 - Ermənilər Ağdamı atəşə tutdu, 4 nəfər yaralandı
Saat - 17:33 - Ceyhun Bayramov fransalı həmkarıyla cəbhədəki vəziyyəti müzakirə etdi
Saat - 20:32 - Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verdi
Prezidentdən sitatlar:
“Ermənistan vasitəçilərə hörmətsizlik göstərdi”
“Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq”
“Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”
“Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür”
“Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir”
“Onları elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar”
Saat - 22:36 - Düşmənin xeyli silah-sursatı ələ keçirildi
Ötən ilin bu günü Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntülərini yayımladı.
Saat - 23:31 - Düşmənin zirehli texnikaları məhv edildi
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI