Savaşın 24-cü günü: Prezident ELAN ETDİ, bu rayonumuz və 24 kənd...
Bizi izləyin

Qarabağ

Savaşın 24-cü günü: Prezident ELAN ETDİ, bu rayonumuz və 24 kənd...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

20 oktyabr 2020-ci il. Müharibənin 24-cü günü...

Saat - 05:15 - Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasında MÜZAKİRƏ EDİLDİ

Saat - 08:12 - Düşmənin xeyli canlı qüvvəsi və texnikası MƏHV EDİLDİ

Ötən ilin bu günü cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edildi.

Saat - 08:26 - Muzdlulardan ibarət “Legion” dəstəsi Qarabağda döyüşdən İMTİNA ETDİ

Saat - 11:00 - Cəbhədə şiddətli döyüş, düşmən əks-hücuma keçdi - XEYLİ SAYDA İTKİLƏRİ OLDU

2020-ci il oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutdu.
Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan oldu. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarıldı. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirildi.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkildi. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan oldu. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirildi. 18-ci motoatıcı diviziyanın müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina etdi. Məlum oldu ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qaldı. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edildi.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edildi. 246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirildi.

Saat - 13:25 - Ermənistan ordusu Ağdam və Tərtəri atəşə tutdu

Saat - 15:16 - Zəngilan və çox sayda kənd işğaldan azad edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqladı.

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirdi:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Saat - 15:36 - Zəngilanda Azərbaycan bayrağı qaldırıldı

Saat - 15:59 - Ermənistan yenidən mülki insanları hədəf aldı - ÖLƏNLƏR OLDU

20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuldu. Saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak oldu, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldı, yaşayış evinə isə külli miqdarda ziyan dəydi.

Saat - 16:14 - İlham Əliyev işğaldan azad edilən torpaqlarla bağlı tvit paylaşdı

Saat - 16:36 - Prezident xalqa müraciət etdi

Saat - 17:00 - Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Saat - 18:54 - Ermənistanın daha 2 polkovniki məhv edildi

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatları nəticəsində ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan məhv edildi.

Saat - 19:10 - Gəncə istiqamətində Ermənistanın PUA-sı MƏHV EDİLDİ

Saat - 19:22 - İtki verən düşmən geri çəkildi

“Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən bölmələri döyüşə girməkdən imtina edib. Tutduqları mövqeləri tərk edib və geriyə çəkilməyə məcbur edilib”. Ötən ilin bu günü bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirdi.

“Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kənd və Zəngilan şəhəri uzunmüddətli işğaldan azad edilib. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Düşmən qüvvələri itkilər verərək döyüş meydanından fərrarilik edir və geri çəkilir”, - A.Eyvazov vurğuladı.

Saat - 20:00 - Düşmənin hərbi texnikaları və canlı qüvvəsi MƏHV EDİLDİ

Saat - 20:13 - Qubadlı istiqamətində düşmən bölmələri DARMADAĞIN EDİLDİ

Saat - 23:49 - Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov

“Erməni mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar”. Ötən ilin bu günü bunu mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirdi.

O qeyd etdi ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: “Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm