Qarabağ
Qlobal Bakı Forumu iştirakçılarının Şuşaya səfəri başa çatdı - (YENİLƏNDİ)
VIII Qlobal Bakı Forumu iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.
Publika.az xəbər verir ki, qonaqlar şəhərlə tanış olublar. Cıdır düzü, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri ilə yanaşı, Azərbaycanın mədəni irsi baxımından digər əhəmiyyətli məscidləri də ziyarət edilib.
Həmçinin VIII Bakı Qlobal Forumu çərçivəsində "Mədəni irsin qiymətləndirilməsi" mövzusunda sonuncu panel keçirilib.
xxx
12:03
“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda iştirak edənlərdən bir qrup nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
Publika.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanı ilə gedən nümayəndə heyəti oradan avtobuslarla Şuşaya yola düşüb.
Şuşaya səfər çərçivəsində qonaqlar tarixi, mədəni və dini abidələrə ziyarət edəcək, Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
