Qarabağ
XİN rəsmisi ELAN ETDİ: Yaxın aylarda şahidi olacağıq
Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.
O qeyd edib ki, keçmiş məcburi köçkünlərimizin ən qısa zamanda öz evlərinə, torpaqlarına qayıdışını təmin etmək üçün böyük işlər görülür.
"Yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq. Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir” - deyə, L.Abdullayeva qeyd edib. (trend)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)