Xankəndidə erməni qız azərbaycanlıya vuruldu – Gizli eşq macərası
Bizi izləyin

Qarabağ

Xankəndidə erməni qız azərbaycanlıya vuruldu – Gizli eşq macərası

Qarabağda separatçı-terrorçu rejimin qondarma “casus ovu” davam edir.

Publika.az
xəbər verir ki, separatçıların Azərbaycana casusluq ittihamı ilə həbs etdikləri ermənilər arasında bir gənc qadın da var.

Adı açıqlanmayan qadın ilk ərindən boşanıb, bir övladı var. O, daha sonra ikinci dəfə ailə həyatı qurub.

“İravunk” qəzeti məsələ ilə bağlı bəzi detalları əldə edib. İddiaya görə, erməni qadın ərindən gizli şəkildə internetdə bir gənclə tanış olub. Həmin gənc azərbaycanlı imiş, lakin qadının bundan xəbəri olmayıb. İnternet üzərindən əlaqə saxlayan “sevgililər” Kiyevdə görüşmək qərarına gəliblər.

Erməni qadın yalnız Kiyevdə görüş zamanı sevgilisinin azərbaycanlı olduğunu bilib. Qəzet yazır ki, sevgilisinin azərbaycanlı olması erməni qadının fikrini dəyişdirməyib və o, Xankəndinə qayıdandan sonra da azərbaycanlı sevgilisi ilə əlaqə saxlamağa davam edib.

Erməni qadını “casusluq ittihamı” ilə həbs ediblər. Lakin o, istintaq zamanı bildirib ki, “azərbaycanlı oğlanı sevir və onun məqsədi hansısa məlumatı öyrənmək olmayıb, davranışlarında da hansısa qəbahət yoxdur”.

Qeyd edək ki, Xankəndidəki separatçı-terrorçu rejim qondarma “casus ovu” ilə erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya perspektivinin qarşısını almağa çalışır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm