Qarabağ
Ağalı sakinləri öz torpaqlarında ağa kimi yaşayacaqlar - Deputat
"Bu gün xalqımız üçün çox əlamətdardır. Çünki illər sonra Azərbaycan öz torpaqlarını azad etdi, indi isə Zəngilanın Ağalı kəndinə qayıdış başladı. Artıq erməni vandallarının dağıtdığı torpaqlara həyat qayıdır".
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, 30 ildən sonra bu torpaqlara əsl sahibləri qayıdır:
"Böyük qayıdış müjdəsi Ağalıdan başladı. Yaxın zamanlarda soydaşlarımız digər rayonlara da qayıdacaq. Məcburi köçkünlər bu günü çoxdan arzulayırdılar. Bütün bu olanlar Azərbaycan hakimiyyətinin apardığı doğru siyasətin nəticəsidir. Ölkəmizin gördüyü işlər vətəndaşlarımızın öz torpaqlarında firavan yaşaması üçün böyük önəm kəsb edir".
E.Məmmədov vurğulayıb ki, 44 günlük müharibədən sonra qısa müddət ərzində ağıllı kəndin hazır olması və sakinlərin oraya qayıtması olduqca qürurverici hadisədir:
"Məsələ insanların oraya qayıtması ilə yekunlaşmır. Dövlət tərəfindən sakinlərin orada məşğuliyyəti, işlə təmin olunması üçün də şərait yaradılıb. Həmçinin Ağalıya qayıdan ailələrin uşaqlarının təhsil alması üçün müəssisələr artıq hazır vəziyyətdədir. Ümumiyyətlə, bütün infrastruktur qısa müddət ərzində yenidən qurulub. Biz bir daha dünyaya göstərdik ki, Azərbaycan dağıdıcı yox, qurucu bir dövlətdir. Ermənistan isə öz kimliyini əməlləri ilə hər kəsə nümaiş etdirib. Onların viran qoyduqları ərazilərə yenidən həyat qayıdır. Ölkəmiz o dağıdılmış əraziləri bərpa edib, vətəndaşlarımızı öz doğma ərazilərinə qaytarır. Ağalı kəndindən sonra digər rayon, qəsəbə və kəndlərimiz yenidən qurularaq istifadəyə veriləcək. Böyük qayıdış münasibətilə xalqımızı, xüsusilə Zəngilan rayonunun sakinlərini təbrik edirəm. Bundan sonra Ağalı sakinləri öz doğma yurdlarında sonsuzadək ağa kimi yaşayacaqlar".
Rahib Ələsgərov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)