Qarabağ
BÖYÜK QAYIDIŞIN başlanğıcı: - biz evimizə QƏLƏBƏ ilə dönürük!
19 iyul, 2022-ci il: bu, Azərbaycan tarixinə Böyük Qayıdış təqvimi olaraq düşən gündür;
Zəngilanın Ağalı kəndinin sakinləri 30 ilə yaxındır uzaq düşdükləri doğma evlərinə qayıdırlar. İlkin mərhələdə 41 ailə Ağalı kəndinə qayıdacaq, daha sonra qayıdış prosesi davam etdiriləcək, beləliklə, azərbaycanlılar 30 il öncə qaçqın düşdükləri evlərinə o torpaqların sahibi olaraq qayıdırlar.
Bu, Qarabağa qayıdışın başlanğıcıdır: 30 il torpaqlarımızı işğalda saxlayan ermənilər hesab edirdilər ki, Azərbaycan bir daha o torpaqları azad edə bilməyəcək, azərbaycanlılar bir daha geri qayıtmayacaq.
27 sentyabr 2020 il tarixi işğalın sonunun başlanğıcı oldu. Bu, tarixi ədalətin bərpa olunması, işğal siyasətinin alt-üst edilməsi idi. Cəmi 44 günə işğalçını darmadağın edən və tarixin yanlış gedişini düzəldən Azərbaycan qısa müddətdə qayıdışın təməllərini atmağa başladı.
Müharibədən sonra mina xəritələrini vermək istəməyən Ermənistan azərbaycanlıların geri qayıtmayacağı ümidlərini itirməmiş, müxtəlif yollarla bunun qarşısını almağa çalışırdı.
19 iyul 2022-ci il: bu tarix Ermənistanın son ümidinin də dəfn edildiyi gündür;
1993-cü ildə erməni işğalı zamanı öz doğma yurdundan qaçqın düşən, bütün həyatını – varını-yoxunu, xatirələrini, uşaqlığını, hər şeyini – arxada qoyub gələn zəngilanlılar 29 il sonra başlarını uca tutaraq, qalib kimi yurdlarına – evlərinə qayıdırlar.
29 il öncə evindən didərgin düşən Bayram Məmmədovun dediyi “indi Ağalıya daimi yaşamağa gedirik” sözləri əslində Böyük qayıdışın ruhunu, fəlsəfəsini özündə ehtiva edir. Biz azad edilmiş torpaqlara daimi yaşamağa gedirik, Ali Baş Komandanın dediyi kimi, Qarabağda bundan sonra əbədi yaşayacağıq.
20 oktyabr 2020-ci il tarixində xalqa müraciəti zamanı Prezident İlham Əliyev Zəngilanın düşmən işğalından azad edildiyini elan etdi və bəya etdi ki, “Mən deyirdim ki, o torpaqlara qayıdacağıq, mən deyirdim ki, nəyi, nə vaxt edəcəyimizi bilirəm deyirdim. Bir daha bəyan edirəm ki, mən bütün verdiyim vədlərə sadiqəm, onları yerinə yetirirəm”.
Azərbaycan lideri Qarabağın azad ediləcəyi vədinə əməl etdi və indi o torpaqlara qayıdış vədini yerinə yetirir.
Erməni vandalizminin xaraba qoyduğu Ağalı kəndi qısa müddətdə bərpa edildi və müasir, “ağıllı kənd”ə çevrildi, hazırda kənddə rahat yaşamaq üçün lazım olan bütün infrastruktur qurulub.
- Bu, işğaldan azad edilmiş digər ərazilərin də necə qurulacağının nümunəsidir;
- Bu, 30 ildir evlərindən uzaq düşən soydaşlarımızın hamısının qısa müddətdə geri qayıdacağının müjdəsidir;
- Bu, Böyük Qayıdışın ilk günü, o torpaqlarda əbədi yaşayacağımızın başlanğıcıdır.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


