Qarabağ
Şəhid pilotumuzun adına küçə veriləcəkmi?
“Mənim istəyim odur ki, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin adına doğulduğu, böyüdüyü və təhsil aldığı kənd orta məktəbinə onun adı verilsin. Bir də Yasamal rayonu ərazisindəki Yeni Yasamal yaşayış massivindəki vaxtilə yaşadığı küçə onun adı ilə adlandırılsın. Bununla əlaqədar aidiyyatı qurumlara müraciət də ünvanlamışıq. Yəqin ki, dövlət tərəfindən bu məsələ müsbət həll olunacaq”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid polkovnik-leytenantı Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli şəhid politumuzun əbədiyyətə qovuşduğu gündə onunla bağlı xatirələrini də bölüşüb:
“Rəşad Atakişiyev həqiqətən də yaşından çox yetkin bir insan idi. Çox tərbiyəli, həm də çox sakit təbiətə malik bir adam idi. Onun intellektuallığı da heç bir şübhə doğurmurdu. Daim öz üzərində çalışır, xüsusən də təyyarəçilik sənətinin sirrlərini öyrənirdi. Öz üzərində müntəzəm çalışaraq onu təkmilləşdirirdi. Təsadüfi deyildi ki, Azərbaycan və Türkiyə hərbi təyyarəçilərinin müntəzəm olaraq keçirdiyi “AZ-TUR” təlimlərinin ilkindən başlayaraq 4 dəfə həmin tədbirlərdə iştirak etmişdi. Zənnimcə, Rəşad Atakişiyev “F-16” qırıcısını idarə edən ilk Azərbaycan təyyarəçisidir”.

Qabil Hüseynli bildirib ki, bu nöqteyi-nəzərdən, Rəşadın öz hərbi hissəsində kifayət qədər böyük hörməti var idi:
“Elə ona görə də hərbi hissə komandirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. On Azərbaycan Ordusunun paradında Azərbaycan Bayrağını da məhz Rəşad dalğalandırmışdı. Sonra digər virtuoz uçuşlar həyata keçirmişdi. Bu, Ali Baş Komandanın və paradı izləyən insanların gözünün qarşısında baş vermişdi. Onun paraddakı çıxışı riqqət və diqqətlə qarşılanmışdı. Rəşadın xatirəsinin əbədiləşdirilməsi istiqamətində ilk addım ona şəhidlik statusunun verilməsi idi. Onun dəfn mərasimi də dövlət tərəfindən, çox yüksək səviyyədə təşkil edilmişdi. İkinci Fəxri Xiyabanda dəfn olundu. Onun iki övladı üçün təqaüd kəsildi. Övladlarından biri beşinci sinifə keçir, o biri də bu il birinci sinifə gedəcək. Övladlarının təhsil xərclərini də dövlətimiz qarşılayır. Bu istiqamətdə dövlətin gördüyü işləri təqdir edirəm”.
Tural Turan
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

