Qarabağ
“Qisas” əməliyyatı Ermənistanın agentlərini də ifşa etdi - VİDEO
Hərbi və diplomatik müstəvidə Azərbaycanın qarşısında duruş gətirə bilməyən Ermənistan klassik üsullarını yenidən işə salıb: “azərbaycanlı agentlərin” dövriyyəyə buraxılması.
Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə daha çox gizli saxlanılan “azərbaycanlı” agentlər Ermənistanın məğlubiyyətlə üzləşməsindən sonra gün işığına çıxarıldı. 44 günlük müharibədə və post-münaqişə dövründə bu agentlər Ermənistan xüsusi xidmət orqanlarına işlədiklərini artıq gizlətmirlər.
“Söyüş müxalifəti” kimi tanınan, Avropada yaşayan belə agentlərdən biri də “Azad söz” sosial şəbəkə hesabının müəllifi olan Tural Sadıqlıdır. Onun erməni maraqlarına xidmət etdiyini hansısa mənbə, yaxud məlumat yox, birbaşa özü təsdiq edir.
Sadıqlı deyir: “Dağlıq Qarabağada Arsax respublikasının... Bəli, o respublikadır, istəsək də, istəməsək də, tanınsa da, tanınmasa da, respublika kimi nazirlikləri var, prezidentləri var, parlamentləri var, müdafiə nazirli var, hərbçiləri var, 17 min erməni hərbçisi var orada”.
T.Sadıqlı Ermənistanın rəsmi mövqeyini Azərbaycan dilində Azərbaycan ictimaiyyətinə ötürür, Qarabağdakı separatçı-terrorçuları ermənilərin iddia etdikləri kimi “Arsax” adlandırır, onu “respublika” kimi təqdim edir.
Göründüyü kimi, bütün cəbhələrdə məğlub olan Ermənistan öz agentlərini dövriyyəyə salıb. T.Sadıqlının bu sözləri Avropada Azərbaycana qarşı çıxış edən bu şəbəkənin arxasında ermənilərin dayandığını bir daha təsdiq edir. Əslində onların Avropa paytaxtlarında asanlıqla yaşamaq hüququ alması və lüks həyat sürmələrinin mənbəyi də bəlli olur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





