Qarabağ
Əgər separatçılar insident törədərsə...: Zülfüqarov - VİDEO
"Azərbaycanın tələbi odur ki, Qarabağdakı separatçılar birmənalı şəkildə həmin əraziləri tərk etməlidir. Yeni əməliyyatların keçirilməsi isə erməni tərəfinin davranışından aslıdır".
Bunu Publika.az-a açıqlamasında keçmiş Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov qeyd edib ki, əgər terrorçu dəstələr hansısa insident törətsə, Azərbaycan ordusu onları zərərsizləşdirəcək:
"Azərbaycan öz siyasi iradəsini nümaiş etdirib. Ermənilər tərksilah edilib oradan çıxarılsa, hansısa əməliyyata ehtiyac qalmayacaq. Laçında yaşayan ermənilər yaxın zamanlarda oranı tərk etməlidirlər. Onların təxribat törətməsi və ya başqa bir addım atması istisna deyil. İşğaldan sonra həmin ərazilərdə Suriyadan, digər ölkələrdən gələn ermənilər yerləşib. Onlar terrora daha çox meyillidirlər. Məhz buna görə də hərbiçilərimiz ayıq-sayıq olmalı, separatçıların törədəcəyi təxribatlara cavab verməlidirlər. "Qisas" əməliyyatından sonra hər kəsə bəlli oldu ki, Azərbaycan əraziyə bütünlüklə nəzarət edir. Yəni separatçıların harada nə etdiklərini Silahlı Qüvvələrimiz izləyir. Ermənilər1980-1990-cı illərdə partizan döyüşü aparırdılar. İndi isə bu mümkün deyil, çünki PUA-lar meşəlik, dağlıq ərazilərdəki istənilən hədəfi vurma gücünə malikdir. Bəli, separatçıların Laçından çıxarkən təxribat törətməsi istinisna deyil, amma onların da axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq".
Rahib Ələsgərov
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?






.png)





.jpg)


























