Qarabağ
“Daily Sabah”ın əməkdaşı: Ankara İrəvana lazımi XƏBƏRDARLIĞI edib

"Azərbaycana gəldikdən sonra sərhəddə Ermənistan tərəfindən yenə də təxribatlar baş verdiyini öyrəndik. Onların bu cür münaqişə ocaqları yaratması sülh istəmədiklərinin bariz nümunəsidir. Azərbaycan-Ermənistan sərhədində gərginlik yarandığı üçün bizim burada olmağımız çox əhəmiyyətlidir. Gələn qonaqlar arasında türkiyəli jurnalistlərlə bərabər, digər media qurumlarının da nümayəndələri var".
Publika.az xəbər verir ki, bu fikirləri "azərtac"a müsahibəsində "Daily Sabah" nəşrinin əməkdaşı Dilara Aslan Özer söyləyib.
O qeyd edib ki, Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə görülər işlər barədə məlumat almaq üçün buradadırlar.
“Savaşdan sonra ilk dəfə Zəngilana köçürülən insanların yaşadıqları yerlərdə də olacağıq. Orada uzun illərdən sonra doğma yurdlarına qayıdan insanların fikirlərini öyrənəcək, təəssüratlarını bölüşəcəyik”, - deyən Dilara Aslan Özer bölgədə baş verən münaqişələrin tezliklə bitəcəyinə və sülhün bərqərar olacağına inamını bildirib. O qeyd edib ki, Türkiyə dövlətinin də bu istiqamətdə mövqeyi bəllidir və hər zaman qardaş ölkə Azərbaycanın yanındadır. Eyni zamanda, Türkiyə tərəfindən Ermənistana lazımi xəbərdarlıqlar edilib.

-
Dünya22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Nida Xəbər 19:18
Nazir Elnur Əliyevə yeni vəzifə verdi
-
Qarabağ 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video
-
Hadisə17:01
Ermənistandan Naxçıvana keçən iki nəfər həbs edildi
-
Qarabağ 16:41
Vardanyanı Laçın postuna gətirən səbəb: Xankəndidə nə olacaq?