Qarabağ
“Böyük Qayıdış”: Azərbaycanın mina terroru ilə təkbaşına mübarizəsi
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard dollar vəsait lazımdır.
Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) Astanada keçirilən 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı açıqladığı bu fakt 30 illik erməni işğalının ağrılı nəticələrini göz önünə gətirir.
Bu fakt Azərbaycan hökumətinin yox, beynəlxalq mütəxəssislərin hesablamalarına əsaslanır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. Müharibədən sonra Azərbaycan və Ermənistan danışıqlarının əsas müzakirə mövzularından biri də məhz mina xəritələri olub. Ermənistan uzun danışıqlarıdan sonra mina xəritələrinin müəyyən hissəsini versə də, bu xəritələr dəqiq deyil. Müharibədən sonra 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır.
Ermənistan mina xəritələrini yarımçıq verib, beynəlxalq ictimaiyyət də buna görə İrəvana heç bir təzyiq etmir. Bunun fonunda minaların təmizlənməsi üçün Azərbaycana donorlar da ayrılmır.
Beləliklə, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə olduğu kimi, işğaldan sonra da yenə hər şeyi öz gücünə edir.
Prezident İlham Əliyev bəyan etdi ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır.
“Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”, - dövlət başçısı bildirib.
“Böyük Qayıdış” proqramı çərçivəsində mühüm işlər həyata keçirilir: ilk növbədə ərazilər minalardan təmizlənir, buna paralel olaraq, Qarabağa aparan yollar qurulur;
Artıq Zəngilanın Ağalı kəndi qurulub və işğaldan azad edilmiş ərazilərə ilk qayıdış başlanıb. Bununla yanaşı, Füzuli Beynəlxalq Hava Limanı açılıb, Zəngilan Hava Limanının açılışına hazırlıq gedir. Azad edilmiş bütün ərazilərdə abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir.
Azərbaycanın əsas məqsədi əraziləri maksimum sürətlə minalardan təmizləmək, erməni vandallarınının darmadağın etdiyi şəhərləri, kəndləri bərpa etmək və 30 il öncə evlərindən qaçqın düşmüş vətəndaşların öz yurdlarına qayıdışını təmin etməkdir. Çətin və zaman tələb edən işdir. Və bu işdə qardaş Türkiyə başda olmaqla bir neçə ölkədən başqa Azərbaycana dəstək verən yoxdur. Beynəlxalq birlik isə hələ də Ermənistanın mina terroruna qarşı heç bir addım atmır.
Asif
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
































.png)


.jpg)



