Qarabağ
Andrey Volkovun Bakıya göndərdiyi gizli məktubda sensasion faktları üzə çıxdı
"Yeni Müsavat" Media Qupunun rəhbəri Rauf Arifoğlu Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun Bakıya göndərdiyi gizli məktubu ilə bağlı sensasion faktları açıqlayıb.
Publika.az xəbər verir ki, R.Arifoğlu canlı efirdə Xankəndi-Laçın yolunda bütün keçidlərin artıq Azərbaycanın nəzarətində olduğunu bildirib.
“General Volkovun Azərbaycan dövlətinə gizli məktublarında sensasion məqamlar var. Bu, əslində ictimailəşdirilməyən, protokol məktubudur. Məktubda bilirsinizmi nələr var? O, iki yük maşınının Azərbaycandan keçməsi ilə bağlı xahiş edir. Məsələnin sensasiyalı tərəfi budur. İndiyə qədər biz sülhməramlılardan yüklərin daşınması ilə bağlı xahiş edirdik, ilk dəfədir ki, general Volkovun 2 yük maşını buraxılmırdı. Biz o maşınların keçidinə icazə vermirdik. Niyə icazə vermirdik? Ermənilər də deyə bilər ki, “Bax, görürsünüzmü, sülhməramlıların maşını buraxılmır”. Səbəb isə sadə idi, hərbi maşınlar Rusiya nömrələri ilə yox, erməni nömrələri ilə gəlmişdi. Volkov xahiş edirdi ki, sülhməramlılara ərzaq və təminat daşıyan o iki maşına icazə verilsin. Bizimkilərin isə şərti bu idi ki, maşınlar yoxlanılmasa, içərisində hansı məhsul olduğu bilinməsə, onu buraxmayacağıq. Məsələnin ən sensasion tərəfi budur ki, Volkov iki məktub yazmağa məcbur oldu. Hadisə 28 dekabrda baş verib. Proses bir neçə saat davam etdi, maşınlar 10 saatdan çox orada qaldı. Çünki sülhməramlılar maşınların yoxlanılmasına imkan vermək istəmirdilər. Azərbaycanlılar da öz növbəsində yoxlanmamış hərbi maşının ərazisdən keçməsinə imkan vermək istəmirdilər. Qoy, Azərbaycan ictimaiyyəti bilsin, Şuşanın soyuğuda dayanmış ekofəalların hansı missiya həyata keçirdiyini anlamaq lazımdır. Dünya tarixində ilk dəfədir ki, bir yolda baş verən hadisə BMT TŞ-də müzakirə olunur. 12 gündür ki, Fransa məsələni BMT TŞ-yə qaldırıb, ancaq Azərbaycanı qınayan bəyanat qəbul etdirə bilmir. Çünki Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Bizim artıq Fransaya güc gələ biləcək dostlarımız var. Bu, önəmli nüansdır”, - deyə o bildirib.
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər





































