Qarabağ
Bayramov Laçın yolundakı aksiyadan danışdı: "Əsas hədəfimiz..."
"Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır, narahatlığını ifadə edir. Bir sıra xarici ölkələrdən bəlli çağırışlar olur. Ermənistan tərəfinin yanlış ginformasiya formalaşdırılması, xüsusi olaraq bəzilərində orada blokada təsəvvürü yaradır".
Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, dövlətimizin mövqeyi açıqdır və Azərbaycan tərəfi əlindən gələni edir:
"Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Eyni zamanda ehtiyacı olan insanlar da oradan çıxarılır və ya gəlir. Məsuliyyətli dövlət olaraq humanitar böhranın qarşısının alınması üçün atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış hansısa fakt barədə müzakirə aparmaq doğru yanaşma deyil. İnsanların niyə etiraz etməsinin sadə cavabları var. Əsas hədəf Azərbaycanın təbii sərvətlərinin talanması, ekoloji fəlakətlərin dayandırılmasıdır. Azərbaycan dövləti təbii sərvətlərin talanmasının qarşısını almaq üçün bir ilə yaxındır danışıqlar aparırdı".
Nazir qeyd edib ki, Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir. Üçtərəfli bəyanatda konkret olaraq üç məqsəd göstərilib. Bu isə insanların, yüklərin və nəqliyyat vasitələrinin keçididir. Burada dördüncü məqsəd yoxdur. Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir", - nazir vurğulayıb.
Akqabay Mıradov
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO













.jpg)




















.jpg)
.jpg)