Qarabağ
Vardanyan üçün “soyuq duş”: qondarma fiqur özünü ifşa etdi

BBC-nin məşhur “Hard Talk” verilişində Stiven Sakurun suallarını cavablandıran Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan özünü sözün gerçək mənasında ifşa etdi.
Birincisi, Vardanyan Qarabağda yaşayan erməni əhalisinin “sözçüsü” olmadığını nümayiş etdirdi;
S.Sakurun Qarabağda ermənilərin Vardanyanın onlara fəlakət gətirməsi haqda fikirləri ilə bağlı sualına cavabında Ruben bunu “boşboğazlıq” adlandırır və israrla erməni əhalisinin “Azərbaycanla yaşamaq istəmədiyi” iddiasını irəli sürməklə reallığı təhrif edir. Real vəziyyət fərqlidir, xüsusilə Laçın younda aksiyanın başlanmasından sonra erməni əhalisi arasında Azərbaycana inteqrasiya meylləri güclənib. Vardan da daxil olmaqla separatçı rejim bu meylllərin qarşını almaq üçün şantaj, hədə-qorxu kimi vasitələrə əl atır. Rubenin müsahibəsində dediyi “boşboğazlıq” ifadəsi də erməni əhalisinə hədə mesajı idi.
İkincisi, Vardanyan erməni əhalisinin onun yaratdığı mövcud vəziyyətlə razılaşmadığını dolayısı ilə etiraf edir: Laçın yolundakı aksiyanın əsas səbəbkarlarından biri Rubendir, çünki mədənlərdə monitorinq aparmaq istəyən Azərbaycan nümayəndə heyətinin qarşısına çıxan da o idi və nəticədə ekofəallar baş verənlərə etiraz olaraq aksiyaya başladılar;
Sakur bildirir ki, “mövcud vəziyyət uzunmüddət davam edə bilməz”. Ruben cavabında “illuziyaya qapılmayaq” deməklə hazırki vəziyyəti etiraf edir, həmçinin, “insanların sona qədər burada qalacağına inanıram” sözləri ilə əslində erməni əhalisinin bölgəni tərk etmək istəyini dilə gətirmiş olur.
Üçüncüsü, Vardanyan Laçın yolundakı aksiyanı Azərbaycan hökumətinin təşkil etdiyini iddia edir, lakin digər suala cavabında rusları qorumaq naminə bu fikrini təkzib edir;
Jurnalist sual verir: sülhməramlı adı altında 2 minə yaxın rus hərbçisi var, onlar niyə yolu açmır?
Vardanyan “burada cəmi iki min sülhməramlı var, yolu bağlayan isə ekofəallar və mülki şəxslərdir” cavabı ilə aksiyanın təşkili haqda əvvəlki iddiasını təkzib edir, işttirakçıların mülki şəxslər olduğunu etiraf edir. Hərçənd, aksiya başlayandan indiyə qədər Ermənistan, eləcə də separatçı rejim iştirakçıların “hərbçilər” olduğunu, Azərbaycan tərəfindən xüsusi təşkil edildiyi haqda iddiaları beynəlxalq müstəvidə tirajlayırlar.
Müsahibənin ümumi məğzi Ruben Vardanyanın nə qədər bəsit və dayaz olduğunun ispatı hesab oluna bilər. Eyni zamanda, Vardanyan verdiyi cavablarla Rusiyanın layihəsi olduğunu da etiraf edir.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə münasibət bildirməkdən çəkinir və “bizim üçün nə yaxşıdırsa, sona qədər bunu dəstəkləyəcəm cavabı” ilə Moskvanın əleyhinə danışmaqdan imtina edir. Bununla yanaşı, Paşinyan hakimiyyətinə qarşı çıxdığını da cavabları ilə təsdiqləyir. R.Vardanyanın Kreml tərəfindən Qarabağa göndərildiyi bəllidir. Sakurun onun Putinə yaxın oliqarx olduğu, biznesini ataraq, Qarabağa yerləşməsinin də Moskvanın istəyi olduğu haqda dedikləri göstərir ki, bu fakt təkcə Azərbaycan yox, beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilir. Və Ruben cavabları ilə məqsədinin heç də erməni əhalisinin maraqları olmadığını da təsdiqləyir.
Aparıcının müsahibə boyunca “ya oranı tərk edin, ya Azərbaycan dövlətinin hakimiyyətini qəbul edin” şəklindəki yanaşması əslində rəsmi bakının mövqeyinin ifadəsi hesab edilə bilər. Bu yanaşma Vardanyan üçün “soyuq duş” effekti” yaratdı. Bunu Ruben “mən düşünürdüm ki, biz “humanitar fəlakət”, “insan haqları” kimi məsələlərdən bəhs edəcəyik” deməsi də göstərir.
Asif

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu