Qarabağ
Bakının Xankəndi ilə bağlı sərt tələbi: ruslar geri çəkilir, Rubeni qovurlar
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə separatçı-terrorçu rejim getdikcə dalana dirənir: Bakı tələblərində israrlıdır, Rusiya heç nə edə bilmir, separatçılar “qurban” axtarışına çıxıb;
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Qarabağdakı mənbələrinə istinadən yeni məlumatlar yayıb.
Məlumatlara görə, Bakı tələblərini bütün tərəflərə - Ermənistana və Rusiyaya təqdim edib.
“Azərbaycan Qarabağdakı erməni əhalisi ilə birbaşa təmaslar qurmağı tələb edir, heç bir vasitəçini qəbul etmir. Əsas tələb budur ki, Ermənistan bu prosesdə olmamalıdır, eləcə də Rusiya tərəfindən təyin olunan Ruben Vardanyan təmsilçi kimi çıxış etməməlidir. Buna görə də Vardanyan “vəzifəsi”ndən azad edilməli və ərazini tərk etməlidir. Bizə dedilər ki, Azərbaycan çox sərt tələb göndərib: Vardanyan Qarabağda olduğu müddətdə heç bir danışıqlardan söhbət gedə bilməz və bu müddətdə Laçın yolundakı aksiya davam edəcək”, - nəşr mənbələrinə istinadən yazır.
Mənbələr qeyd edirlər ki, separatçı rejimin daxilində Vardanyana qarşı etiraz dalğası yüksəlməkdədir: “Yaxın dövrdə Ruben Vardanyana qarşı etiraz aksiyaları da təşkil edilə bilər. Lakin Rubenin Qarabağdan çıxarılmasının əleyhinə olan qüvvələr də var, xüsusilə keçmiş “rəhbər” Bako Saakyan və digərləri buna qarşı çıxır. Rusiya tərəfi isə artıq proseslərə qarışmır. Bizə dedilər ki, ruslar çox pasivləşib və geri çəkiliblər. Onlar üçün artıq Vardanyanın orada olub-olmamasının fərqi yoxdur. Faktiki olaraq çıxılmaz vəziyyət yaranıb. Azərbaycanın tələblərini icra etmək, geri çəkilmək və taleyi ilə barışmaq deməkdir”.
Nəşr yazır ki, proseslər ermənilərin Qarabağı tərk etməsinə və separatçı rejimin ləğvinə doğru aparır.
Asif
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar















.jpg)


















