Qarabağ
“Blokada” iddiası ifşa olundu: sülhməramlıların Qarabağa daşıdığı yüklərin SİYAHISI
Şuşa-Xankəndi yolunda aksiyasıın başlanmasından sonra Ermənistan və havadarları Qarabağda yaşayan ermənilərin “blokada”da olduğunu iddia edir, Xankəndidəki separatçılar isə “ərzaq qıtlığı”nın yaşandığı haqda “apokalipsis” hekayələri uydururlar. Reallıq isə fərqlidir: Laçın yolu humanitar yüklər üçün bağlı deyil və Azərbaycan erməni əhalisinin ehtiyacı olan hər şeyin keçidini rahat şəkildə təşkil edir.
Rusiya sülhməramlılarının 2022-ci ilin 12 dekabr tarixindən (Şuşa yolunda aksiyanın başlandığı gündən) 2023-cü ilin 8 mart tarixinə qədər Qarabağdakı ermənilər üçün daşıdığı ərzaq və gündəlik təlabat mallarının siyahısı da bunu təsdiq edir. Daşınan yüklərə həm də Qarabağdakı ermənilər üçün humanitar aksiyalar təşkil edən “Hayer Miatsek” (Erməni birliyi) təşkilatının da sifariş etdiyi məhsullar daxildir.
Publika.az Şuşa yolunda aksiyanın başlanmasından sonra Rusiya sülhməramlı kontingentinin Qarabağdakı ermənilərə daşıdığı ərzaq və gündəlik təlabat mallarının siyahısını təqdim edir:
- dəmir profil - 2 ton;
- dəmir odun sobaları-1 kamaz avtomobili həcmində;
- süni odun - 7 ton;
- plastik qablar - 7 ton;
- elektrik kabelləri - 11 min metr uzunluğunda, 11 ton ağırlığında;
- internet avadanlıqları - bir avtomobil həcmində;
- suvarma sistemi avadanlıqları - 2 kamaz avtomobili həcmində;
- heyvan yemi - 170,5 ton;
- mühərrik yağı - 18 ton;
- avtomobil şinləri - 10 ton;
- 10 elektrik generatoru və 3 transformator;
- akkumulyator - 10 ədəd;
- yanacaq - 1250 ton.
- yuyucu vasitələr - 70 ton;
- bezlər - 4 ton;
- salfet – 13 ton;
- siqaret - 14-18 min blok;
- alkoqolsuz içkilər - 39 ton;
- şirniyyat - 115 ton;
- yağlar (əsasən bitki yağları) - 167 ton;
- konserv - 185 ton;
- fərdi quru ərzaq payı - 16 ton;
- ət - 16 ton;
- dondurulmuş balıq - 14 ton;
- dondurulmuş toyuq - 42 ton;
- yumurta - 43 ton;
- un - 38 ton;
- süd məhsulları - 52 ton;
- kartof - 483 ton;
- kələm - 134 ton;
- qarabaşaq - 159 ton;
- şəkər - 133 ton;
- noxud - 16 ton;
- buğda - 118 ton;
- makaron - 161 ton;
- lobya - 137 ton;
- ət məhsulları - 50 ton;
- mərcimək - 7 ton;
- yerkökü - 80 ton;
- tərəvəz - 24 ton;
- uşaq yeməkləri - 3 ton;
- düyü - 173 ton;
- qarışıq ərzaq məhsulları - 316 ton;
- duz - 40 ton;
- soğan - 90 ton;
- meyvə - 471 ton;
Bu siyahı ermənilərin “blokada” iddialarını tamamilə ifşa edir.
Asif
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq




















.jpg)





.jpg)









