Qarabağ
Babayan İrəvana necə getdiyini açıqladı və Bakıya mesaj göndərdi
Separatçıların “liderlərindən” Samvel Babayan Qarabağdan Ermənistana necə keçdiyini açıqlayıb. Etiraf edib ki, Ermənistana qayıdan Ağdərədəki ermənilərin maşın karvanında Laçın sərhəd-keçid məntəqəsini keçə bilib. Jurnalistin “Laçın postundan necə keçə bildiniz” sualına “hamı kimi, problemsiz” cavabını verib.
Görünür, qarışıqlıqdan istifadə edərək, sadə erməni sakinlərin arasında keçməyə nail olub. Lakin bu, Qarabağda qalan separatçıların keçmiş “rəhbərləri”n qaçması üçün problem yaradacaq, çünki onun açıqlaması Laçın postunda nəzarət tədbirlərinin gücləndirilməsinə səbəb ola bilər.
İstisna deyil ki, Babayanın məqsədi də budur: onun Qarabağdakı digər separatçılarla münasibətləri kəskin idi, hətta başlarının dəstələri ilə “mafiya hesablaşması” belə aparırdılar və bu qarşıdurmanın Ermənistanda da davam edəcəyi gözlənilir. Bako Saakyan, Arkadi Qukasyan kimi separatçılar Ermənistana gedə bilsələr, keçmiş “Qarabağ klanı” ətrafında Paşinyan hakimiyyətinə qarşı mübarizə aparacaqlar. Bunu nə Nikol, nə də onunla işləyən Samvel istəyir. Babayan onların çıxışının qarşısını almaq üçün belə demək mümkünsə, Bakıya “postda nəzarəti gücləndirin” mesajı ötürür.
Asif Nərimanlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








