Qarabağ
O hadisələr tarixin ən qürurverici mərhələsidir - Cəsur döyüşçü danışır
Bildiyiniz kimi, Vətən müharibəsində canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsini uca tutmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə 27 sentyabr - ölkəmizdə Anım Günü kimi qeyd olunur.
44 günlük müharibənin başlamasının əsas səbəbi məhz Ermənistan hökumətinin öz fitnəkar havadarlarına arxayın olaraq sülh danışıqlarından, Azərbaycanın ərazi bütövlüyünün sakit siyasi yolla bərpa edilməsindən boyun qaçırması oldu.
Təbii ki, dövlətimizin hərbi-siyasi məqsədi dinc yolla münaqişəni sonlandıraraq, qeyd-şərtsiz torpaqlarımızın azadlığını təmin etmək idi. Lakin eyni zamanda, Azərbaycan Ordusunun güclənməsi, maddi-texniki bazanın müasir silah və texniki avadanlıqlarla komplektləşdirilməsi prosesi uğurla davam etdirilirdi.

Bu fikirləri Publika.az-a açıqlamasında İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Tariyel Didarov deyib.
Vətən müharibəsinin qəhrəmanı 2020-ci il sentyabrın 27-də düşmənə qarşı başlamış "Dəmir Yumruq" şərti adı altında əks-hücum əməliyyatında ordumuzun göstərdiyi şücaətdən bəhs edib:
"Azərbaycanın rəşadətli ordusu əks-hücum əməliyyatının ilk günündə təmas xəttində yerləşən düşmənin bütün yerüstü və hava hədəflərini, eyni zamanda, hərbi hava hücumundan müdafiə qurğularını sıradan çıxarmağa müvəffəq oldu. Dünyanın hərb tarixində bilinməyən xüsusi taktiki əməliyyatlarla namərd düşmənlərimiz dədə-baba torpaqlarımızdan qovuldu. Əsrarəngiz Şuşamız igidlərimizin böyük fədakarlığı sayəsində azadlığına qovuşdu. Şuşa şəhərinin uğrunda aparılan döyüşlər erməni hərbi birləşmələrinin məğlubiyyəti ilə nəticələndi. Beləcə, 44 günlük tarixi savaş başa çatdı".
Keçmiş hərbçi sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayaraq, o hadisələri Azərbaycan tarixinin ən qürurverici mərhələsi kimi qiymətləndirib.
Ehtiyatda olan mayor fikirlərinin sonunda gənclərə öz məsləhətini də əsirgəməyib:
"Bu güclü dövləti qorumaq, şəhidlərimizin "Öncə Vətən" ideyasını layiqincə yaşatmaq lazımdır. Bu şanlı Vətən tarixini onlara şəhidlərimizin ruhları əmanət etdi. O baxımdan hər bir gənc bu müqəddəs yolda yüksək təhsilə, ali dəyərlərə, vətənpərvərlik ruhuna sahib olmalı, daim öz xalqına sadiqlik nümayiş etdirməlidir".
Mehti Kamiloğlu
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








