Millət vəkili Elazığ Fırat Üniversitetinin rektoru ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Elazığ Fırat Üniversitetinin rektoru ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Elazığ Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ və Universitetdə təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Millət vəkilini Elazığda salamlamaqdan məmnunluğunu ifadə edən Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Fırat Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Fırat Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Fırat Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Fırat Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Fırat Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inanıb.

Millət vəkili Qənirə Paşayeva rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağa və prorektorlara Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden”, “Karadağlı Soykırımı tanıkların dilinden” ve “Bağanıs Ayrım Soykırımı tanıkların dilinden “ kitablarını və digər kitablarını hədiyyət edib. Görüşdə millət vəkili Qənirə Paşayeva Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağı Azərbaycana dəvət edib. Fırat Üniversitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ dəvəti məmnuniyyətlə qəbul edibr və Fırat Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Qənirə Paşayeva həmçinin Fırat Üniversitetində təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm