Yol Polisindən sürücülərə: “Hər uşağın arxasınca 4-5 maşın gedir”
Bizi izləyin

Qırmızı.az

Yol Polisindən sürücülərə: “Hər uşağın arxasınca 4-5 maşın gedir”

“Çox təəssüf ki, hər il yeni tədris ili başlayanda oxşar vəziyyət yaranır. Ötənilki təcrübədən də müşahidə etdik ki, məktəbə gedən bir uşağın arxasında 4-5 bəzədilmiş nəqliyyat vasitəsi gedir. Uşaqların məktəbə getməsi xoş hadisə olsa da, bir uşağın arxasında bu qədər maşının gəlməsi və məktəb yaxınlığında park edilməsi süni sıxlıq yaradır. Bu hallara yol verilə bilməz. Bütün valideynlər bu məsələni əvvəldən nəzərə almalıdır”.

Publika.az xəbər verir ki, bu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sürücüyə bununla bağlı irad tutulanda etiraz edir. Bir dəqiqəlik saxladığını bəhanə gətirir.

“Amma bilmək lazımdır ki, bir dəqiqə olsa belə, heç kim məsuliyyətdən azad edilə bilməz. Hər il olduğu kimi bu il də təhsil müəssisələri ətrafında asayişin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə çalışacağıq. Polis gücləndirilmiş iş rejimində işləyəcək, bütün təhsil müəssisələri nəzarətə götürüləcək. Sabahkı hərəkət intensivliyi ilə əlaqədar avtomobil sahibləri və valideynlərə müraciət edərək bildiririk ki, məktəblərə bitişik yollarda avtomobilləri 1 dəqiqə olsa belə park etməsinlər. Çünki hər hansı avtomobilin 1 dəqiqə yolun hərəkət istiqamətində dayanması iki hərəkət zolağında 60 yol nəqliyyat vasitəsi və onun sərnişinlərinin 5 dəqiqə ləngiməsi deməkdir. Təhsil müəssisələrinin qarşısını və onlara bitişik küçələri avtomobil parkına çevirmək yanlışdır. Bildirmək istəyirik ki, sabah da yol polisi tərəfindən həmin avtomobillərə qarşı tədbirlər davam etdiriləcək. Yolların hərəkət istiqaməti, ikinci cərgə, yolların kəşisməsinə yaxın ərazilər və piyada səkilərində saxlanılan avtomobillər evakuasiya ediləcək, ən azı elektron protokol tərtib ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm