Qırmızı.az
DİN-dən Bakıda insan böyrəyi satılması elanları ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) dünən sosial şəbəkələrdə, eləcə də elektron KİV-də yayılan və Bakı şəhərində insan böyrəyinin satılmasından bəhs edən xəbərə münasibət bildirib.
Virtualaz.org saytına DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovun adından daxil olan açıqlamada deyilir: “Diqqətli vətəndaşlarımızın, yəqin ki, hələ də xatirindədir, keçən ilin iyun ayında Bakı metrosunun “Qara Qarayev” stansiyasının çıxışında naməlum şəxslərin insan böyrəkləri satması ilə əlaqədar elanların asılması barədə kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Elə o vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yazıb qeyd olunan ərazidə yaymış iki nəfər- Bakı şəhər sakinləri 19 yaşlı Emil Emkiyev və 17 yaşlı Muxtar İsmayılov müəyyən edilərək saxlanılmışdılar. Araşdırma zamanı gənclər heç də böyrəklərini satmaq fikrində olmadıqlarını, belə elan verməkdə məqsədlərinin vətəndaşlarla guya zarafat etmək və cəmiyyətin buna reaksiyasını öyrənmək olduğunu bildirmişdilər. Onlar əməllərindən səmimi peşmanlıq keçirərək etdikləri hərəkətlərə görə üzr istəmiş və bir daha belə “zarafat” etməyəcəklərinə söz vermişdilər. E.Emkiyevə və M.İsmayılova ciddi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdılar. O vaxt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu məlumatı yayaraq məsələyə aydınlıq gətirmişdi.
Lakin bu məlumatın üstündən bir ildən də çox vaxt keçəndən sonra, yəni dünən, bəzi xəbər portallarında və sosial şəbəkələrdə eyni məzmunlu məlumat yayıldı ki, yenə kimsə böyrəyin satır. Bu dəfə də DİN rəhbərliyinin göstərişi əsasında dərhal araşdırmalara başlanıldı və məlum oldu ki, elanlar da, orada göstərilən mobil telefon nömrələri də, elanların asıldığı yer də ötənilkidir. Sadəcə kimlərsə o vaxt saytlarda getmiş həmin xəbəri eşələyib çıxarıb və yenidən yayıb. Şox təəssüflər olsun ki, bəzi xəbər saytları da bu məlumatı dəqiqləşdirmə aparmadan, mahiyyətinə varmadan dərhal “şok xəbər” kimi yayıblar”.
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu








.jpg)





.jpg)


.webp)
















