Qırmızı.az
Azərbaycan yollarında yenilik - VİDEO
Azərbaycanda yol təsərrüfatında yeniliyə imza atılıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.
İlkin etapda 800 min kvadrat metr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
İstehsalçının dediyinə görə, üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gəlmiş çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır. Yenə də istehsalçının sözlərinə görə, şaxtaya və istiyə davamlıdır. Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.
Gülnar Əliyeva
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
















.jpg)











.png)

.jpg)






