Qırmızı.az
Baxımsız uşaqlar üçün sığınacaq yaradılır
Azərbaycanda ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
O hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.
Həmin müəssisənin yaradılmasını çox vacib sayan A.Sofiyeva əlavə
edib ki, sığınacaqlar olduqdan sonra baxımsız uşaq aşkar edilən
kimi onu həmin mərkəzlərə yerləşdirmək və problemini dərindən
öyrənmək mümkün olacaq: “Uşağı həmin yerə yerləşdirdikdən sonra bir
neçə gün ərzində onun problemləri ilə məşğul olmaq mümkün olacaq.
Əgər uşaq kimsəsizdirsə, o, dövlət müəssisəsinə, valideyni varsa,
valideyninə təhvil veriləcək. Bu halda valideynə xəbərdarlıq edilə
və ya onu məsuliyyətə cəlb etmək olar”.
Azərbaycanda 4-5 il əvvəl UNICEF ilə birgə baxımsız uşaqlarla bağlı tədqiqatlar apardıqlarını deyən qurum rəsmisi qeyd edib ki, gələn il növbəti araşdırmanın aparılması planlaşdırılır.
Komitənin Azərbaycanda şikəst uşaqların dilənçiliyə cəlb edilməsi halları ilə rastlaşdığını da deyən A.Sofiyevanın sözlərinə görə, belə halların baş verməməsi məqsədilə komitə tərəfindən valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanmış təkliflər artıq qanunvericiliyə daxil edilib. Qanunvericiliyə əsasən, valideyn uşağını küçə həyatına məruz, eyni zamanda nəzarətsiz qoyduqda ona qarşı müəyyən cəza tədbirləri tətbiq edilə bilər.
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































