Qırmızı.az
Nazirliyin 3 əməkdaşına töhmət verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə və həmin Müfəttişliyin iki baş əmək müfəttişlərinə töhmətin verilməsi barədə qərarlar qəbul edilib.
Publika.az xəbər verir ki, bununla bağlı DƏMX-in əmək qanunvericiliyinə əməl olunmasına və işçi hüquqlarının təminatına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində bu ilin 9 ayında görülmüş işlərin yekunlarına həsr olunmuş iclasda bildirilib.
İclasda Xidmətin rəisi Fuad Əlizadə bildirib ki, hesabat dövründə ayrı-ayrı müəssisələrdə dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13 202-yə enib. Bu hüquq pozuntularına daha çox topdan və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal, tikinti və s. sahələrdə yol verildiyi müəyyən olunub.
O qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox, yəni 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu məbləğin 93,6 faizini (1407267 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib.
F.Əlizadə ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayının 92 faiz azalaraq 2-yə enməsinə, habelə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayının 35 faiz azalmasına səbəb olduğunu da vurğulayıb.
Gülnar Əliyeva
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar



































