Qırmızı.az
Qaraçuxurdakı kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən gün Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında sudan kütləvi zəhərlənmə faktı ilə əlaqədar xəstəxanaya yerləşdirilənlərin vəziyyəti normaldır.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 15 nəfər mədə-bağırsaq pozuntusu ilə bağlı müraciət edib. Onlar 5 saylı birləşmiş uşaq infeksion xəstəxanasına yerləşdiriliblər:
“Onlar arasında uşaqlarla yanaşı, böyüklər də var. Hazırda xəstəxanada 10 nəfərin müalicəsi davam edir. Xəstələr mədə-bağırsaq infeksiyası ilə bağlı müalicə alırlar. Vəziyyətləri normaldır. Yəqin, qısa zamanda evə buraxılacaqlar".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov hadisənin lokal xarakter daşıdığını bildirib:
“Hazırda Səhiyyə Nazirliyi, "Azərsu" ASC-nin işçiləri və Gigiyena və Epidemologiya Mərkəzinin əməkdaşları ərazidə olan xətlərə baxış keçirib. Həmin ərazidə içməli suyun tərkibində normadan kənara çıxma halları müşahidə olunub. Suyun həm bakterioloji, həm də kimyəvi göstəriciləri var. Hazırda əraziyə verilən suda heç bir problem yoxdur".
Gülxar
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ































