Qırmızı.az
79 saylı marşrut avtobusunun sərnişinlərinə şad xəbər
Bakıda 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, 19 oktyabr 2015-ci il tarixində “Baku Bus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar, 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən 20 yanvar m/s-na kimi qısaldılmışdı. “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq, “Baku Bus” avtobuslarının həmin istiqamətdə hərəkəti saxlanılmaqla, 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edir.
Belə ki, bu gündən etibarən 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə: M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6-cı mkr. – “Nəsimi” m/st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – “Memar Əcəmi” m/st. – 3-cü mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – “20 Yanvar” m/st. – Tbilisi pr. – C.Cabbarlı küç. – “Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə fəaliyyət göstərir.
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 10 Aprel 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir








.jpg)



























