Kəmaləddin Heydərov İran nümayəndə heyəti ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov İran nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs edib.

O, iki dost ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini də qeyd edib.

İran nümayəndə heyətinin rəhbəri, Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi isə səmimi görüşə görə təşəkkürünü bildirib, başçılıq etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb. Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm