Bakı-Sumqayıt yolunda qəza: 1 nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda qəza: 1 nəfər ölüb

Bakı – Sumqayıt yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı – Sumqayıt yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Abşeron rayonunda “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir yolayrıcıya çırpılıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1980-cı il təvəllüdlü Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər A.Yarışovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm