Qırmızı.az
Baş Prokurorluq: “Mətanət Əzizovanı ölkədən Leyla Yunus qaçırıb”
“Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı ilə bağlı verdiyi bütün bəyanatlar əsassızdır və həqiqətə uyğun deyil. Baş Prokurorluq onun həbsinə dair vəsatət qaldırmaq niyyətində deyil”.
Bunu açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri
Eldar Sultanov deyib.
E.Sultanovun sözlərinə görə, bütün bu fikirlər “Leyla Yunusun xəstə
təfəkkürünün məhsulu”, onun istintaqa təzyiq göstərmək və
istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdlərinin
nəticəsidir: “Əslində isə, Mətanət Əzizovanın ölkədən qaçmasını
məhz Leyla Yunus təşkil edib”.
Baş Prokurorluq bir daha bəyan edir ki, əgər Mətanət Əzizova
Azərbaycana qayıtsa, onun həbsinə heç bir cəhd göstərilməyəcək və
heç bir tədbir görülməyəcək.
“Baş Prokurorluq onda maraqlıdır ki, Mətanət Əzizova Azərbaycana
qayıtsın və istintaqın suallarına cavab versin. Baş Prokurorluq bu
barədə onun anası, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlını da
məlumatlandırıb”,– deyə E.Sultanov
bildirib. /Virtualaz.org/
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu