Qırmızı.az
Qayınata gəlini, gəlin də qayınatanı bıçaqladı
Ötən gün Bakının Qaradağ rayonu ərazisində ailə cinayəti baş verib.
Saat 13:00 radələrində Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yaşayan Rüstəmovlar ailəsi ev bölgüsü üstündə bir-birinin qanını töküb.
Hadisə qayınata 76 yaşlı Mehdi Heydər oğlu Rüstəmov ilə gəlini 32
yaşlı Cəmilə Rüstəmova ilə mübahisə zamanı yaranıb.
Belə ki, Cəmilə Rüstəmova şikayətində bildirib ki, qayınatası
tərəfindən bıçaqlanıb. Gəlin onu da əlavə edib ki, evdə onu yola
vermirlər. Baldızı, qaynı və qayınatası mütəmadi olaraq onu döyür.
Mehdi Rüstəmov isə gəlininin yalan danışdığını deyib.
Qayınata əlavə edib ki, mübahisə zamanı gəlin əlinə bıçaq götürərək
onun üstünə hücum çəkib. Bu zaman onun barmağı kəsilib. Gəlinin
əlindən bıçağı almaq istəyən zaman isə gəlinin qolu sıyrılıb.
Müstəntiq Anar Şahverdiyev bildirib ki, Rüstəmovlar ailəsindəki
problem 4 ildən çoxdur davam edir. Narazılıq isə ailədə ev bölgüsü
üstündədir. Bu səbəbdən həmin ailədə, demək olar ki, hər gün
insident baş verir.
“Hələlik nə gəlinin, nə də qayınatanın bıçaqlanma iddiası öz təsdiqini tapmayıb. Hazırda məsələni araşdırırıq”, – deyə Anar Şahverdiyev bildirib.
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu