Qırmızı.az
Türkiyə televiziyası Azərbaycanla bağlı sənədli filmlər hazırlayır – FOTOLAR
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycana səfər edən Kanal 78-in rəhbəri Şükrü Gökqaya və yaradıcı heyət Azərbaycan tarixi, mədəniyyəti,
musiqisi, həqiqətləri ilə bağlı sənədli filmlər və proqramlar hazırlamaq üçün Bakı ilə bərabər Sumqayıt, Gəncə, Tovuz, Ağstafa, Qazax, Şəki rayonlarında, Qobustanda, Yanardağda, Azərbaycanın müxtəlif bölgələrində olublar.
Kanal 78 telekanalının rəhbəri Şükrü Gökqaya, çəkiliş qrupu ilk öncə millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı ziyarət edib. Onlar ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
Ümummilli lider Heydər Əliyevin “bir millət , iki dövlət” kəlamını xatırladan Q. Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib və ruhlarına dualar oxunub.
Sonra Kanal 78 heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili onlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarları ziyarət edilib.
Daha sonra Kanal 78 heyəti Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu
bildirib.
Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.
Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri”, Xocalı soyqırımı abidəsi ziyarət edilib, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə Kanal 78 heyətinə geniş məlumat verilib. Türkiyəli qonaqlar həmçinin Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə, Eurovizion musiqi yarışmasının keçirildiyi və dünyanın ən böyük konsert zallarından biri olan Kristal Hall sarayını da ziyarət ediblər.
Sonra qonaqlar Bakını, qədim İçərişəhəri, Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib Kanal 78-in rəhbəri Şükrü Gökqaya və çəkiliş qrupu Sumqayıt, Gəncə, Tovuz, Ağstafa, Qazax və Şəkinin tarixi yerləri, abidələri və s. də yaxından tanış olub, çəkilişlər aparıb, programlar hazırlayıblar.
Qobustan, Yanardağda da olan çəkiliş qrupu Azərbaycanla bağlı yaxın günlərdə maraqlı program və sənərli filmləri kanalın izləyicilərinə təqdim edəcəklərini deyiblər.
Kanal 78-in rəhbəri Şükrü Gökqayaya təşəkkür edən millət vəkili Qənirə Paşayeva Azərbaycanı qardaş Türkiyədə daha yaxından tanıdan proqramlara böyük ehtiyac olduğunu deyib və onlara hər zaman Azərbaycana olan duyarlı münasibətlərindən dolayı təşəkkür edib.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO